Liberal Partiyadan Milli Orduya dəstək

img

02-04-2016 [15:17]


Azərbaycan Liberal Partiyası cəbhədə baş verənlərlə bağlı bəyanat yayıb.

Mia.az-a daxil olan bəyanatda deyilir: "Azərbaycan Liberal Partiyasının bəyanatı Azərbaycan – Ermənistan cəbhəsindən həyəcanlı məlumatlar gəlir. Düşmən yenə atəşkəsi pozmuşdur. Azərbaycan Milli Ordusu işğalçılarla ağır, qanlı döyüslər aparır, itkilərə baxmayaraq, geri çəkilmir, düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını sıradan çıxarıb və irəliləyir. Bəzi məlumatlara görə Milli Ordumuz üstülk qazanmış, irəliləyir və çox mühüm yüksəkliyi və bir neçə kəndimizi azad edib. Bu bizi sevindir. Azərbaycan Liberal Partiyası bu məsul və ağır məqamda bəyan edir ki, o bütövlüklə, qeyd – şərtsiz Milli Ordumuzun, əskər, çavuş, zabit və generallarımızın Vətən uğrunda mübarizəsində hər addımını alqışlayır, dəstəkləyir, ona uğurlar arzulayır. ALP həlak olmuş şəhidlərimizin və dinc qurban soydaşlarımızn ailə üzvlərinə, yaxınlarına və bütün Azərbaycan xalqına başsalığı verir. ALLAH RƏHMƏT ELƏSİN... ÜMİD SƏNƏDİR ANCAQ, AZƏRBAYCAN ƏSKƏRİ!!! ".

****

Azərbaycan Liberal Partiyası cəbhə bölgələrində vəziyyətin gərginləşməsilə əlaqədar öz fəaliyyətini müharibə şəraitinə uyğunlaşdırmağa hazırdır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA