"Ruspərəstlər İlham Əliyevin islahat paketini pozmaq istəyirlər" - Partiya sədri

img

02-04-2016 [13:28]


Prezident İlham Əliyevin ABŞ-a səfər etməsi Ermənistan ordu birləşmələrinin Azərbaycana hücum etməsi eyni vaxta təsadüf etdi. Bəs bu doğrudanmı təsadüfdür?

Moderator.az-a dəfələrlə bu mövzuda açıqlama verən Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev belə bir halın baş tutma ehtimalı barədə xəbərdarlıqlar etdiyini dedi: "Sözün açığı Ermənistanın bu təxribatı mənə təəccüblü gəlmədi. Mən dəfələrlə bildirmişəm ki, İlham Əliyev Qərbə, ABŞ-a meyillənəndə ölkəmizdə olan 5-ci kolon həmişə aktiv fəaliyyətə keçir. Bu gün də belə oldu. Prezident İlham Əliyev ABŞ-a gedərək ölkədə bir sıra islahatların başlaması barədə razılıqa gəldi. Siyasi məhbus porbleminin həlli üçün böyük addımlar atıldı. Amma Putinin döşünə medal taxdığı 5-ci kolon üzvləri dərhal hərəkətə keçərək Rusiyaya burada gedə biləcək islahatlar barədə donoslar göndərdi, nəticədə də Qarabağda gərginlik yaşanmağa başlayıb. Ölkəmizdə olan ruspərəstlər İlham Əliyevin islahat paketini pozmaq istəyirlər. İlham Əliyev bu qoca komanda ilə sağollaşmaq istəyir. Putin bu komandanın üzvlərini çağırıb onlara tez-tez medal verir. Mən başa düşə bilmirəm, onlar Azərbaycan, yoxsa Rusiya vətəndaşıdılar?

Bildiyimiz kimi ölkənin bir rəsmi mətbu orqanlarında ABŞ və Qərbin əleyhinə palaz-palaz yazılar dərc olunmuşdu. Bütün bu adamlar hazırda da Azərbaycan- ABŞ yaxınlaşmasını istəmir. Ermənilərin Tərtərə hücum etməsi sözsüz ki Rusiyanın təhrik ilə həyata keçib.
Rusiyanın Azərbaycanın daxilində olan qüvvələri istəyir ki, Azərbaycan qərbə üz çevirsin. Onlar imkan vermirlər ki, Azərbaycan Qarabağı geri qaytarsın. İlham Əliyev elə təyyarədəcə bu 5-ci kolonun üzvlərinin həbs olunması barədə göstəriş verməlidir.”

Hafiz Hacıyevin sözlərinə görə, bütün müxalifət qüvvələri bu məsələdə prezidentə dəstək olmalıdır:
Gördüyümüz kimi prezident çox cəsarətli addım ataraq islahatlara başlamaq haqda qərər qəbul etdi. Müxalifətin də hər zaman istəyi bundan ibarət olub. Mən tez-tez müxalifət nümayəndələri ilə bu səpkidə söhbətlər aparıram. Gərək biz bu ümümmili məsələdə birlik nüayiş etdirək. Demokratik Azərbaycan naminə aramızda olan o problemləri bir kənara qoyaraq dövlətçiliyin möhkəmlənməsinə xidmət edək. Bu baş verdikdən sonra 5-ci kolon nə qədər çalışsa da bizə heç nə edə bilməyəcək.”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA