İlham Əliyev IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak edir - Fotolar

img

01-04-2016 [21:08]


Azərbaycan Prezidenti İlham Əliyev bu gün Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak edir. Zirvə görüşünü açıq elan edən ABŞ prezidenti Barak Obama sammit iştirakçılarını salamlayıb.

Daha sonra işinə başlayan sammitin ilk plenar iclası "Nüvə təhlükəsizliyinin gücləndirilməsi üzrə milli tədbirlər" mövzusuna həsr olunub.

Tədbirdə terrorizm təhlükəsi, KXDR-nin nüvə problemi və digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində 50-dən çox ölkənin liderləri iştirak edirlər.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA