DİN əməliyyat zamanı qazı kəsəcək - Qanun

img

01-04-2016 [10:51]


Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparıldığı zamanlarda qazın verilməsi dayandırıla bilər.

Nazirlər Kabinetindən verilən məlumata görə, Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparan orqanların - Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında da qazın verilməsi dayandırıla bilər.

İndiyədək istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda qazın verilməsi dayandırıla bilərdi.

Yeni dəyişikliklərdən sonra isə bu hal zamanı dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna hesab ediləcək. Yəni istehlakçının müvafiq yazılı müraciəti (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla, qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda qazın verilməsi dayandırılacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA