31-03-2016 [10:44]
Son aylar prezident İlham Əliyevin ölkə daxilində atdığı addımlar-idarəetmə sahəsində islahatlar, vergi, gömrük, icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflıq təmin olunması istiqamətində verilən qərarlar, iqtisadi münasibətlər sistemini tənzimləyən qanunverici aktlarda azad iqtisadi mühitin, biznesin inkişafına yönəlmiş çoxsaylı dəyişikliklər, nəhayət, mart ayında siyasi məhbusların böyük əksəriyyətinin azadlığa buraxılması analitiklər tərəfindən Azərbaycanda "yeni bir dövrün” başlanması kimi qiymətləndirilir.
Prezident idarəetmə sahəsində islahatların "yeni formatda” davam etdiriləcəyini hələ 2016-cı ilin astanasında bəyan etmiş, yeni formatın nədən ibarət olacağını "Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür”, deyərək konkretləşdirmişdi. Bu prosesə paralel olaraq hakimiyyət Qərblə korlanmış münasibətlərinə də yeni düzən verib, Avropa institutları (Avropa Birliyi, AŞ PA) və ABŞ-la siyasi, hətta hərbi əməkdaşlığı bərpa edib.
Neftin qiymətinin düşməsi ilə müşahidə olunan devalvasiyadan sonra ölkə daxilində narazılığın artmasının önlənməsi, hətta "narıncı inqilablar ssenarisi” quran bəzi Qərb dairələrinin planlarının əngəllənməsi hakimiyyətin özünəinamını artırıb.
Bir neçə gün əvvəl "Yeni Müsavat” Qərb diplomatik mənbələrinə istinadən rəsmi Bakının əsas dəstəkçisi olan Pentaqonun prezident İlham Əliyevlə bağlı mövqeyini əks etdirən bir məlumat dərc etmişdi. Həmin məlumatdan sitatı xatırladaq: "Pentaqon rəhbərliyi hesab edir ki, prezident İlham Əliyev neftin yaratdığı böhrana baxmayaraq ölkəsində stabilliyi qorumağa nail olub və mövqeləri möhkəmdir. Bu səbəbdən də yaxın illərdə də İlham Əliyevin hakimiyyətdə qala biləcəyi üçün Pentaqon Ağ Ev administrasiyasını ”daha çıxarlı” siyasət yürütməyə razı salıb”.
***
Daxili amillər-xüsusən də özlərini radikal adlandıran, əslində isə çoxdan "virtual mübarizlərə”çevrilmiş ənənəvi müxalifətin hakimiyyətə heç bir təhlükə yaratmaması, üstəlik, iqtisadi çətinliyə baxmayaraq, xalqın meydanlarda"hakimiyyətə alternativ axtarışına” çıxmaması iqtidarı siyasi islahatları daha da dərinləşdirməyə meylləndirib. Qeyd olunur ki, iqtidar bəzi anti-Azərbaycan dairələrinin həm Avropada, həm də Amerikadakı fəaliyyətlərini yerli hökumətlər tərəfindən nəzarətə alınmasına nail olub ki, bu da xaricdən "ixrac olunan inqilablar” ssenarilərini birdəfəlik gündəmdən çıxarıb.
Məlumata görə, iqtidar "idarəolunan demokratiya” modelinə keçidi qətiləşdirib və son aylar atılan addımlar da bunun göstəricisidir. Bu, mərhum prezident Heydər Əliyevin yürütdüyü daxili siyasət modelidir və bütün çərçivələrin genişliyi ilə fərqlənir.
Məsələn, məlumat var ki, hakimiyyət Qərbin demokratiya institutlarının Bakıda bağlanmış ofislərinin yenidən açılmasına prinsipial razılıq verib. Yada salaq ki, 2014-cü ilin əvvəlindən Bakıda ofisi bağlanan əsas təşkilatlar məhz Amerika təşkilatlarıdır. Bu beynəlxalq təşkilatlar Bakıdan gedəndən sonra insan hüquqları, demokratiyaya ilə bağlı məsələlərin layihələşdirilməsi və maliyyələşdirilməsi faktiki mümkünsüz olub.
Xəbərlərdə bildirilir ki, hesablarına həbs qoyulmuş QHT-lərin də normal fəaliyyəti üçün yenidən pəncərə açılır. Hesablardakı həbslər götürülür, müəyyən nəzarətlə qrant almaları və işləmələri əngəllənmir.
Yeri gəlmişkən, bir ildir Bakını həm də QHT-lərin fəaliyyətinə yaradılmış ciddi maneələrdən sonra tərk etmiş İqtisadi Təhqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun ölkəyə qayıtmasının səbəblərindən birinin də yeni açılımla bağlı olduğu vurğulanır.
***
İqtidar illərdir ağır şərtlər altında fəaliyyət göstərən müxalifətə də müəyyən nəfəslik, hətta efir verməyi düşünür. Şübhəsiz ki, burada da müəyyən "filtrizasiya” olacaq, iqtidarı ən sərt dildə tənqid, təhqir edənlərin "başını sığallamayacaqlar”, amma heç tutmayacaqlar da. Bu, mərhum prezident Heydər Əliyevin idarəçilik metodunu xatırladır, bəlkə də həmin idarəetmənin eynidir. Həmin illərdə Heydər Əliyev hətta ən sərt tənqidçilərini belə həbsə salmır, onların efirə çıxmasına şərait yaradır, müxalifətin etiraz aksiyalarını sanksiyalaşdırır, qəzetlərini oxuyur, rastlaşanda hətta onlara əl də uzadırdı…
Xəbərlərə görə, hakimiyyət müxalifətə müəyyən fəaliyyət çərçivələri tanımaqda qərarlıdır. Müxalifətin aksiyalar keçirməsi ilə bağlı qadağalar olmasa da, onlara müəyyən efir vaxtının verilməsi müzakirə olunur. Mövzu ilə bağlı bir mənbə deyib ki, iqtidar tam yeni keyfiyyətdə-xalqın qəbul etmədiyi yandaş müxalifət yox, sağlam tənqidçi müxalifətin yaranmasında maraqlıdır. "Bu sırada yeni təşkilatlar da ola bilər, hətta bizim ənənəvi müxalifət də…” deyə, mənbə bildirib.
***
Daha bir maraqlı gəlişmə hakimiyyətin media siyasəti ilə bağlıdır. Aydındır ki, bir neçə il əvvəl müxalifət qəzetlərinə qarşı yaradılmış və iqtidarın mövqeyinin müdafiə edən çap mediasına indi elə də ehtiyac yoxdur. Ümumilikdə bütün dünyada print medianın zəiflədiyi bir vaxtda iqtidar televiziyalara xüsusi diqqət yetirməyə başlayıb. Onlara da əlbəttə ki, müəyyən çərçivələr gözlənilməklə tənqid üçün yer verilib. Təsadüfi deyil ki, ATV telekanalı martın 30-da nazirləri və bütövlükdə məmurları kəskin tənqid edən süjet yayımlayıb.
Süjetdə məmurların KİV-lərlə əməkdaşlıqdan imtina etmələri də tənqid olunub. Bundan başqa, telekanal xatırladıb ki, dövlət başçısının nazirlər və icra başçılarına dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq onlar hələ də xalqdan uzaqdırlar. İqtidar bu baxımdan müxalifətin və tənqidçi medianın rolunu da üzərinə götürmək istəyir ki, artıq ATV-də başlanmış bu proses digər hökumət telekanallarında da davamlı olacaq.
***
Dünya hazırda qaynar qazanı xatırladır. Ən stabil ölkələr belə sarsıdıcı hadisələrlə üzləşir.
Bu yazıda dəyişikliklərin qeyd olunan və olunmayan əlamətləri, verilən qərarların təhlili bir daha onu göstərir ki, Azərbaycanın yeni formatda idarəçiliyə keçidi başlayıb. Bütün problemli sahələrdə əsaslı struktur dəyişiklikləri, idarəetmə sisteminin yenilənməsi və şəffaf idarəçilik prinsiplərinin daha geniş formada tətbiqi başlayıb. Başqa sözlə, söhbət keyfiyyət və idarəetmə prinsipləri baxımından İlham Əliyevin quracağı yeni hakimiyyətdən gedir.
Dünyanın qarışdığı bir vaxtda qazananın Azərbaycan olması lazım…
"Yeni Müsavat”
"Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki..." - Rəsmi Bakıdan Kreml sözçüsünə etiraz
Sabah gücü külək olacaq - Xəbərdarlıq
Silinməmş vəsaitlər... - "Bakıkart" NFC funksiyası olan bank kartlarından istifadə edən şəxslərə müraciət edib
Sulutəpə - Hökməli yolunda subasma: tədbir görüldü - VİDEOLAR
Badamdar yamacında sürüşmə: nəqliyyatın hərəkəti dayandırılıb - Kəmaləddin Heydərov əraziyə gəlib (VİDEO)
Bu gün 49 mindən çox şagird buraxılış imtahanı verdi - 4 nəfər zaldan qovuldu (YENİLƏNİB)
Sabah yağış yağacaq
Şəmkirdə 16 yaşlı uşaq dəhşət saçdı - 19 yaşlı gənc öldürüldü
Keşlədə bəzi əraziləri su basıb - VİDEO
Xocalı soyqırımının təşəbbüskarlarından biri öldü
Məmur olmaq istəyənlər üçün imtahan keçirilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI