“Niyə Əli Kərimli Əli Hüseynlinin və Siyavuş Novruzovun acıqlamasına cavab vermədi?!”

img

30-03-2016 [18:40]


Avropada mühacirlərə qarşı atılan sərt addımlar vaxtı ilə bu ölkəyə müxtəlif adlar altında mühacirət etmiş və siyasi sığınacaq almış bəzi azərbaycanlıların da kürkünə birə salıb. Belə ki, ayrı-ayrı Avropa dövlətlərinin mühacirlərdən yeni sənədlər tələb etməsi həmin şəxsləri yenidən AXCP və Müsavat rəhbərliyinə ağız açmağa məcbur edib. Məlumata görə, artıq bir neçə şəxs adı çəkilən partiyaların rəhbərliklərinə müraciət edərək yenidən onlara saxta sənədlər, üzvlük vəsiqəsi və s. təşkil edilməsini istəyiblər. Bütöv Azəbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı ilə bu və ya digər məsələlərlə bağlı mətbuata müsahibə verib.

-Niyaməddin bəy, son aylar Avropada mühacirlərə qarşı sərt tədbirlərin görülməsi radikal müxalif partiyalar tərəfindən müxtəlif adlar altında Avropa ölkələrinə üz tutan azərbaycanlılar üçün də problemlər yaradıb. Sizcə, həmin şəxslər bu problemləri həll edə biləcəklərmi?

-Əslində Avropaya son illər vətəndaş qarşıdurması olan ölkələrdən üz tutan mühacirlərlə bağlı yaranmış problem və baş vermiş hadisə açıq şəkildə göstərdi ki, bu günə kimi özlərini insan hüquqlarının qoruyucusu, demokratik dəyərlərin müdafiəçisi, mülki cəmiyyət qurucularının banısı kimi qələmə verilən fikirlər, kökündən yalan və avantüradan başqa bir şey deyil. Söhbət burada minlərlə insan həyatından gedir. Bilirsiniz ki, bu adamlar öz ölkələrindən ölümdən canlarını qurtarmış insanlardır. Avropa ölkələri çox yaxşı bilir ki, heç kim öz isti yuvasından ailəsinin, övladının həyatını riskə ataraq bu qitəyə gəlməz. Bu günə olan statistik rəqəmə görə, son bir ildə 4 mindən artıq insan Avropaya keçərkən dəniz sullarında boğulub. Və boğulanların da böyük əksəriyyəti körpələrdir. Niya bu insanlara rəhm etmirlər? Axı hər il özlərinin hesabatlarında "hər vətəndaşın hüququnun qoruyucusu” olduqlarını və ya "insan haqları ölkələrin daxili işi deyil” kimi səs-küylü bəyanatlar səsləndirirlər. Bu, fakt bir daha onu göstərir ki, deyilən fikirlər sadəcə adi sözdən başqa heçnə deyil. Sualınızın ikinci tərəfinə gəldikdə isə, Azərbaycanda fəaliyyət göstərən radikal müxalifət pariyalarının bəzi üzvləri qəsdən, Avropada yaxşı yaşamaq eşqi ilə "siyasi mühacirlik” edirlər. Avropanın rəsmi qurumları bunların çoxunu araşdırır və əksəriyyətinin saxta yolla Avropada yaşamaq fikrini görürlər. Radikal müxalifətin bu sahədə geniş biznes qazanması faktı ilə bağlı elə Avropada yaşayan müsavatçı, jurnalist Elbəyi Həsənlinin "Yeni Müsavat” qəzetindəki yazılarını oxusanız kifayət edər. Bu sahədən yaxşı pul qazanalar da az deyil. Proses saxta partiya üzvlüyü vəsiqəsi satışına qədər gedib çıxır. Baxırsan ki, bütün ilboyu media orqanında çalışıb imtiyaz və status qazanmaq üçün ağlına və ağzına gələni danışır. Başdan-başa yalan məlumat verməklə məşğul olur. Belə adamların hansı siyasi təzyiqindən söhbət gedə bilər?! Ona görə də, bu adamlar indi özlərini çox pis vəziyyətə salıblar. Belə adamların qaçqın kimi qalmaqlarına Avropa imkan verməyəcək.

-Məlumata görə, artıq bir çoxları Əli Kərimliyə və Müsavat rəhbərliyinə müraciət edərək yeni sənədləşmə işlərində onlara köməklik göstərilməsini istəyib. Sizcə, bu Əli Kərimli üçün əlavə qazanc mənbəıyinə çevriləcəkmi?

-Əli Kərimli elə bir adamdır ki, o özünün şəxsi qazancı üçün istənilən addımı atmağa hazırdı. Əli Kərimli öz sədri Əbülfəz Elçibəyi və yaxın dostlarını, tələbə yoldaşlarını niyə satıb? Birmənalı şəkildə deyirəm ki, şəxsi maraqları naminə. Bu adam hər kəsi qurban verməyə hazırdı. Kərimli məhz hakimiyyətə etdiyi xəyanətə görə, hakimiyyət tərəfindən qovulmuş şəxsdir. İlham Əliyev Əli Kərimlini bir satqın kimi qovub. Siz özünüz şahidsiniz ki, Əli Kərimlinin hakimiyyətə satılması faktını şəxsən mən 7-8 il bundan qabaq sizin agentliyə verdiyim müsahibələrimdə dəfələrlə qeyd etmişəm. Bu yaxınlarda hakimiyyətin yuxarı səviyyəsində, Milli Məclisin komitə sədri Əli Hüseynli və YAP-ın səlahiyyətli şəxsi Siyavuş Novruzov da Əli Kərimlinin hakimiyyətə satılması və hansı işləri, tapşırıqları yerinə yetirməsi ilə bağlı cəmiyyətə kifayət qədər acıqlama verdilər. Niyə Əli Kərimli Əli Hüseynlinin və Siyavuş Novruzovun acıqlamasına cavab vermədi?! Səbəb sadədir.O, özü də yaxşı bilir ki, həmin görüşlərə mərhum Heydər Əliyevin köməkçisi işləmiş Eldar Namazov da şahiddir. Onun iştirakı ilə də çox görüşlər keçirilib. Cəsarəti var, çıxıb , bu adamlara cavab versin! Bir daha qeyd etmək istəyirəm ki, Əli Kərimli özünün yaxın qohum-əqrabasının Fransada mühacir adı ilə yaşamasını təmin edib. Bundan sonra da onun bu işdə pul qazanmasına şübhə etmirəm.

-Siz, bir müddət Əli Kərimli ilə eyni düşəergədə olmusunuz. Ümumiyyətlə, Əli Kərimli, daha dəqiq desək radikal müxalifət hansı yollarla insanları Avropaya siyasi sığınacaq kimi göndərə bilirdi?

-Mən heç vaxt Əli Kərimli ilə bir yerdə olmamışam. Sadəcə olaraq bir partiyada müxtəlif cinahlarda fəaliyyət göstərmişik. Onun bütün fəaliyyəti partiyanı iflic vəziyyətə salmaq və ən yaxın adamlarını partiya strukturunda yerləşdirmək olub. Yalnız dağıdıcı işlər, Əbülfəz Elçibəyi gözdən salmaqla məşğul olub. Bu adam qeyd etdiyim kimi, zorən müxalifət olanlardandır. Hakimiyyətdən qovulandan sonra özünün " radikal” çıxışları ilə beynəlxalq təşkilatlarla yaxından əlaqələr qurub. Özünü onlara göstərə bilib ki, mənim vasitəmlə indiki hakimiyyətə təzyiq edə bilərsiniz. Sizin açıq şəkildə deyə bilmədiklərinizi, mənim vasitəmlə deyə bilərsiniz. Bu imici qazanan Əli Kərimli bəzi şəxsləri Avropaya göndərə bilir.

-Bəs bu prosedə onların qazancı nədən ibarət idi?

-Əli Kərimli beynəlxalq təşkilatlara göstərmək istəyir ki, guya onun partiyasının üzvlərinə qarşı total hucum var və Azərbaycanda ən çoz təzyiqə məruz qalır. O bununla göstərmək istəyir ki, Azərbaycan müxalifətinin "lideri” odur. O mühacirlərin sayının çox olmasından həm də özünün müsbət imicini formalaşdırmaq istəyir. Əslində araşdırma aparsanız, görərsiniz ki, Əli Kərimlinin Avropaya göndərdiyi şəxslərin böyük əksəriyyəti ən yaxın qohum, əqrəbalarıdır. Əmioğanları, yerliləri, kəndçiləridir. Sizcə Natiq Ədillov Sabirabad rayonunda yaşamağa üstünlük verər, yoxsa, Fransanın Paris şəhərində? Ona görə də bu adamlar yaxşı yaşamaq və daha çox qazanc əldə etmək üçün "mühacir” həyatı yaşayırlar. Həm də bu adamlara Fransa höküməti köməklik də göstərir.

-Hazırda da həmin müxaliflər bu işlə məşğuldurlarmı?

-Onların işi-gücü ancaq sosial şəbəkədə fəaliyyət göstərməkdir. Əli Kərimlinin statuslarını saxta profillərlə like etməklə məşğuldurlar. Hərəsi özünə 5-10 saxta profil düzəldib bu işlə məşğul olurlar. Guya onlar bununla siyasətlə məşğul olduqlarını və indiki hakimiyyətlə mübarizə apardıqlarını göstərirlər. Bu yolla onlar özlərini indiki hakimiyyətə alternativ görürlər. Bu adamları sosial şəbəkənin "təlxəkləri” də adlandırmaq olar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA