Qubad İbadoğlu ABŞ-dakı fəaliyyətini bitirdi: "Tezliklə görüşürük!"

img

30-03-2016 [10:23]


Demokratiya və Rifah hərəkatının lideri, İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış iqtisadçı Qubad İbadoğlu təxminən bir illik aradan sonra yenidən ölkəyə qayıdıb.

Bu barədə o, sosial şəbəkədəki dostlarına məlumat verərək yazıb: "Dəyərli dostlar, sizləri Bakıdan salamlayıram. Tezliklə görüşürük!"

Qeyd edək ki, keçən ilin birinci yarısında Qubad İbadoğlu ABŞ-a yollanmış, orada Duke universitetində mühazirə oxumaqla yanaşı, ixtisası üzrə bir sıra beynəlxalq toplantılarda iştirak etmişdi. Bu müddət ərzində Q.İbadoğlu iki dəfə Azərbaycana qısamüddətli səfərə gəlmişdi.

Q.İbadoğlu fəaliyyətini bundan sonra Azərbaycanda davam etdirəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA