Azərbaycanın ?Eurovision-2010? mahnısı - ?Drip Drop? seçildi (Video)

img

18-03-2010 [06:16]


Bu ilin mayında Olsoda keçiriləcək 55-ci ?Eurovision? Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisi Səfurə Əlizadə Stefan Örn və Sandra Bjurmanın ?Drip Drop? mahnısını ifa edəcək. Bu açıqlamanı ?www.itv.az saytına ?Eurovision? müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli verib. Onun sözlərinə görə, ?Drip Drop? üç mahnı arasından seçilib. A.Kərimli bildirib ki, mahnı nümayəndə heyətləri rəhbərlərinin martın 21-22-də Osloda keçiriləcək toplantısında rəsmi olaraq təqdim olunacaq. Qeyd edək ki, Azərbaycan müsabiqənin mayın 27-də keçiriləcək II yarımfinalında finala çıxmaq uğrunda mübarizə aparacaq. Mayın 25-i müsabiqənin I yarımfinalı, 29-da isə finalı keçiriləcək. [flash width=425 height=350]http://www.youtube.com/v/kBvatb543XQ[/flash]

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA