AŞPA prezidenti İntiqam Əliyevin azadlığa buraxılmasına reaksiya verdi

img

28-03-2016 [16:25]


AŞPA prezidenti Pedro Aqramunt İntiqam Əliyevin azadlığa buraxılmasını alqışlayıb.

Diplomat şəxsi "Twitter" səhifəsində İ. Əliyevin azadlığa buraxılmasını doğru addım kimi qiymətləndirib və bildirib ki, Azərbaycanın məhkəmə sistemi həmişə tam müstəqil fəaliyyət göstərir.

Qeyd edək ki, Ali Məhkəmədə baş prokuror Zakir Qaralovun Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevə təyin olunan cəzanın ağır olmasına dair verdiyi əlavə kassasiya protesti üzrə iclası keçirilib. Plenum kassasiya protestini təmin edib.

Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla İntiqam Əliyevin barəsində olan cəza şərti hesab olunub və 5 il şərti cəza müəyyən edilməklə azadlığa buraxılması haqda qərar qəbul edilib.(azvision.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA