KiV-ə Dövlət Dəstəyi Fondu qalib qəzet və təzkilatların adını açıqladı

img

18-03-2010 [04:45]


Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu media orqanları və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin nəticələri açıqlayıb. Müstəqil Informasiya Agentliyinin xəbərinəgörə, 28 layihə qalib seçilib. Müsabiqənin qaydalarına əsasən hər istiqamət üzrə ən çox bal toplayan beş layihə qalib hesab edilib. Ümumilikdə 46 layihə daxil olub, ekspertlərin qiymətləndirilməsindən sonra 28 layihə qalib hesab edilib. Bunlardan 14-ü qəzet redaksiyaları, 5-i informasiya agentlikləri, 9-u isə jurnalist təşkilatlarıdır. [b]I İSTİQAMƏT [/b] Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi Azərbaycan Müstəqil Jurnalistlər Liqası, ?Jurnalist Araşdırmaları Mərkəzi? İctimai Birliyi, "Zərdabi Mətbuat Mərkəzi" İctimai Birliyi, "Səs" qəzeti, "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi. [b]II İSTİQAMƏT [/b] Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni terrorizmi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması "Olaylar" qəzeti, "Paritet" qəzeti, "AssA-Iradə" Azərbaycan Beynəlxalq Müstəqil Xəbər Agentliyi, "The First News" - İnformasiya Agentliyi [b]III İSTİQAMƏT[/b] İnformasiya və kommunikasiya texnologiyalarının, müasir texniki nailiyyətlərin KİV-lərin fəaliyyətinə tətbiqi "Azadlıq" qəzeti, "Bakı-xəbər" qəzeti, "Azad Azərbaycan" qəzeti [b]IV İSTİQAMƏT[/b] KİV-lərin fəaliyyətinin təkmilləşdirilməsi, jurnalist peşəkarlığının və məsuliyyətinin artırılması, dövlət orqanları ilə KİV-lərin əməkdaşlığının gücləndirilməsi Jurnalistlərin Həmkarlar İttifaqı, Azərbaycan Jurnalistlər Birliyi, "Azərbaycan Mətbuat Şurası" İctimai Birliyi, Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası, Beynəlxalq Mətbuat Klubu [b]V İSTİQAMƏT[/b] Ekologiya və ətraf mühitin mühafizəsi, ekoloji maarifçilik "Mövqe" qəzeti, "AZADINFORM" Müstəqil İnformasiya Agentliyi, "Ayna - Zerkalo" qəzeti, "Yeni Azərbaycan" qəzeti, "Trend" İnformasiya Agentliyi [b]VI İSTİQAMƏT [/b] Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği "Oxu məni" qəzeti, "Palitra" qəzeti, "Kaspi" qəzeti, "Ədalət" qəzeti, "Azəri Press" İnformasiya Agentliyi MMC

Digər xəbərlər
SON XƏBƏRLƏR