"Qurdlar Vadisi Qarabağ" ekranlazdırılacaq

img

18-03-2010 [02:06]


"Qurdlar Vadisi Qarabağ" filmi çəkilə bilər. Bu barədə məlumatı "Qurdlar vadisi" serialının istehsalçısı olan "Pana film"in rəhbərlərindən olan Mehmet Canpolad bildirib. Ötən gün "Qurdlar vadisi Pusu" serialının bir neçə aktyoru ilə Azərbaycana səfər edən M.Canpolad mətbuata açıqlamasında "Qurdlar Vadisi Xocalı" və ya "Qurdlar vadisi Qarabağ" filminin çəkilə biləcəyini açıqlayıb. Xatırladaq ki, Türkiyənin ən məşhur teleserialı ?Qurdlar vadisi?nin qəhrəmanları Necati Şaşmaz (Polad Alemdar), Kənan Çoban (Abdülhey), Ərhan Ufak (Ərhan), Osman Vöber (Tuncay) və ?Pana film?in təmsilçisi Mehmet Canpolad martın 17-də Azərbaycana gəliblər. Onların bir neçə gün Qəbələ rayonunda istirahət edəcəkləri gözlənilir. Qeyd edək ki, "Pana film" bu il "Qurdlar vadisi Fələstini"i çəkməyə başlamağı planlaşdırıb. Filmin noyabr ayında hazır olacağı bildirilir. Bundan əlavə, Türkiyə mətbuatının məlumatına görə, serialın rejissorları filmin bəzi seriallarının Azərbaycanda çəkilməsini və Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağın mövzu olmasını istəyirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA