`Prezidentin əfv sərəncamı mühüm mesaj idi`

img

18-03-2016 [16:17]


"Azərbaycan prezidenti İlham Əliyev tərəfindən ötən imzalanmış əfv sərəncamını alqışlayıram”.

Bu fikirləriƏfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, bayranöncəsi verilən əfv sərəncamı mühüm mesajdır: "Dövlətin mərhəmətindən hər kəsə pay düşür. Bunu isə konstitusion hüququ olaraq cənab prezident gerçəkləşdirir. Novruz bayramı öncəsi çoxsaylı şəxslərin azadlığa qovuşması hər bizimiz üçün ikiqat sevincdir. Eyni zamanda adları tez-tez müzakirə mövzusuna çevrilən şəxslərin azadlığa çıxması da mühüm mesaj idi. Prezident bir daha göstərdi ki, Azərbaycan dövləti öz vətəndaşına kimin nə söyləməsindən, hansısa beynəlxalq qurumun nə düşünməsindən asılı olmayaraq, vətəndaşına humanist əsaslarla yanaşır və vətəndaşını müdafiə edir, qayğısına qalır. Hesab edirəm ki, bu əfv sərəncamı çox möhtəşəm idi”.

Ə.Nuriyev vurğulayıb ki, əfv sərəncamı Azərbaycana qarşı iddiaların əsasını sarsıtdı: "Prezident bu addımı ilə onların arqumentlərini əlindən aldı. Hesab edirəm ki, əfv sərəncamında bu kimi mühüm mesajlar var idi. O insanlar ki, ölkə maraqlarına, mənafeyinə uyğun çalışacaqlar, onlar həm qanunun gücü ilə, həm cəmiyyətin, həm dövlətin institutları, həm də prezident tərəfindən müdafiə olunacaqlar”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA