QHT-lərin xarici əlaqələri - Şurada müzakirə edilib

img

17-03-2016 [19:09]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında xarici QHT-lər və onların qurduğu koalisiyalarla tərəfdaşlıq münasibətləri olan, birgə layihələr icra etmiş QHT-lərlə görüş keçirilib.

Mia.az xəbər verir ki, görüşdə Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev rəhbərlik etdiyi qurumun Azərbaycanın milli maraqlarının beynəlxalq aləmdə təbliği üçün 2013-cü ildən etibarən xarici QHT-lərin çoxsaylı layihələrini maliyyələşdirdiyini deyib. Müasir dünyada vətəndaş cəmiyyəti institutlarının artan rolunun əhəmiyyətini vurğulayan Azay Quliyev ölkə QHT-lərinin beynəlxalq platformalarda fəaliyyətlərini gücləndirmələrinin vacibliyini qeyd edib.

Görüşdə iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli bugünkü toplantının milli QHT-lərin xarici tərəfdaşları ilə münasibətlərini, resurslarını və ideyalarını müzakirə etmək məqsədi daşıdığını bildirib. Ərəstü Həbibbəyli müasir dünyada beyin mərkəzlərinin, QHT-lərin "yumşaq güc”ün əsas elementlərindən biri olduğunu deyib və bildirib ki, bu imkandan səmərəli istifadə etmək dövlətimizin qarşısında dayanan vəzifələrdəndir.

QHT rəhbərləri Faiq İsmayılov, Umud Rəhimoğlu, Asif Əsgərli, Nazim Əhmədli, Azər Həsrət, Araz Aslanlı, Çingiz Bayramov, Məzahir Əfəndiyev, Sevil Yusifova, Şəhla Nağıyeva, Nərgiz Xələf, İsmayıl Ağayev, Mirhəsən Həsənov, Rauf Zeyni və digərləri xarici QHT-lərlə əlaqələri və üzv olduqları koalisiyalardakı fəaliyyətləri haqqında danışıblar.

Görüşdə QHT rəhbərlərinin səsləndirdiyi təkliflərin ümumiləşdiriləcəyi və xarici QHT-lərlə əməkdaşlıq təcrübəsinə malik milli QHT-lərin platformasının yaradılacağı qeyd edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA