Əli Həsənov: “Medianı çətin vəziyyətdə qoymayacağıq”

img

17-03-2016 [16:27]


"Azərbaycan cəmiyyətindəki problemlər mediamıza da təsir göstərib. Lakin Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün bu məsələləri nəzarətdə saxlayır. Biz mediamızı heç vaxt çətin vəziyyətdə qoymayacağıq”.

Bu barədə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov KİVDF-nin jurnalistləri mükafatlandırma mərasimində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bundan sonra da mediaya dövlət qayğısı göstəriləcək.


Ə. Həsənov qeyd edib ki,jurnalistlərimiz ölkədəki həm neqativ halları, həm də yaxşı nümunələri qələmə almalıdır: "Yaxşı nümunələri çox olan cəmiyyət həmişə yüksək əhval-ruhiyyə içində olur. Jurnalistlərimiz də yaxşı nümunələri qələmə alıb cəmiyyətə təqdim etməlidir. Bütün insanlar problemlərin həllini dövlətdən gözləyir. Dövlət də hər şeyi diqqətdəsaxlayır. Prezident İlham Əliyevdaim Azərbaycan xalqının rifahı üçün çalışıb”.

Ə. Həsənov bildirib ki, dövlət başçısı jurnalistləri də daim diqqətdə saxlayır: "Bu siyasət ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün uğurla davam etdirilir”.


Prezidentin köməkçisi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA