“Mənim oğlumu MTN-in keçmiş rəhbəri Eldar Mahmudov..." - Pərviz Həşimlinin atası danışdı

img

17-03-2016 [16:14]


"Mən oğlumu əfv fərmani ilə oğlumu azadlığa buraxdığı üçün cənab prezident İlham Əliyevə təşəkkür edirəm.” 

Bu sözləri Avropa.info-ya prezidentin əfv sərəncamı ilə bu gün azadlığa buraxılmış jurnalist Pərviz Həşimlinin atası Kamran Həşimli bildirib. 

Kamran Həşimli oğlunun həbs səbəblərindən də danışaraq bu hadisənin keçmiş MTN rəhbərliyi tərəfindən həyata keçirildiyini deyib. 

"Mənim oğlumu MTN-in keçmiş rəhbəri Eldar Mahmudov və onun əlaltıları Akif Çovdarovla İlqar Əliyev qanunsuz olaraq həbs etmişdilər. Mən bu haqda cənab prezidentə müraciət məktubu da göndərmişdim. Sağ olsun cənab prezidentimiz bütün bunları dəyərləndirərək Pərviz Həşimlini əfv sərəncamı ilə azadlığa buraxdı. Mən bur daha öz adımdan və ailəmiz adından cənab prezidentə təşəkkür edirəm.”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA