"Çox böyük uğurlar əldə etmişik..." - Tale Heydərovdan yeni açıqlamalar

img

16-03-2016 [22:51]


"Bizim üçün prioritet məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Avropa Azərbaycan Cəmiyyəti yarandığı gündən bəri bu amili hər zaman əsas hədəf seçib".
 
Bu fikirləri Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təsisçisi və sədri Tale Heydərov jurnalistlərə açıqlamasında bildirib.

Bu istiqamətdə çoxsaylı tədbirlər təşkil edildiyini vurğulayan T.Heydərov deyib ki, əsas məqsəd Avropada Azərbaycanın və ölkə həqiqətlərinin tanıdılması olub: "Azərbaycan ədəbiyyatı, elmi, mədəniyyəti, tarixi və Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv məlumatları dünyaya çatdırmaq əsas işimiz olub. Ötən 10 il ərzində biz çox böyük uğurlar əldə etmişik. Ötən 10 il ərzində Azərbaycan və Qarabağ haqqında obyektiv məlumatlar Avropa ictimaiyyətinə çatdırılıb. Ancaq biz nə qədər uğurlarımız haqda danışsaq da, deyə bilmərik ki, hədəfə çatmışıq. Hədəfə çatmaq Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasəti, Azərbaycan hökumətinin fəaliyyəti nəticəsində işğal edilmiş torpaqlarımızın azad olunduğu təqdirdə mümkün olacaq. O vaxta qədər isə biz dayanmadan işlərimizi görməliyik”.
 
T.Heydərov qeyd edib ki, rəhbərlik etdiyi təşkilat "Xocalıya ədalət” kampaniyasına fəal şəkildə qoşulub: "Leyla xanım Əliyevanın rəhbərliyi altında biz də bu təşkilata böyük töhfələr vermək istəyirik. Ötən bir neçə il ərzində biz bu sahədə xeyli işlər görmüşük. Dünya ictimaiyyətinin Xocalı faciəsində həlak olmuş azərbaycanlılarla bağlı haqq səsimizin eşidilməsi üçün müvafiq işlər görülür. Burada da hədəf Xocalıda törədilmiş cinayətin üstünün açılması, cinayətkarların beynəlxalq hüquq müstəvisində cavab verməsi və cinayətkarların cəzalandırılmasıdır. Əsas hədəfimiz də məhz budur”.

Publika.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA