"Mən Samir Şərifovla bağlı kompramatların Eldar Mahmudov tərəfindən Şvetsə göndərilməsi versiyasına inanıram”.
"Ölkənin bu vəziyyəti ürəyimizi ağrıdır. Biz bu vəziyyəti təhlil edəndə görürük ki, Azərbaycan hökumətinin yüksək məmurları, vəzifədə oturanların hamısı elə "agent şəbəkəsi”ndə xarici dövlətlərə işləyir”
Bu sözləri Hafiz Hacıyev Samir Şərifovun "üç qat agent" qalmaqalı ilə bağlı jurnalist Eynulla Fətullayevin prezidentə müraciətini PİA.AZ-a şərh edərkən deyib.
Bildiyimiz kimi jurnalist Eynulla Fətullayevin maliyyə naziri Samir Şərifovun "üç qat agent" qalmaqalı ilə bağlı jurnalist Eynulla Fətullayev prezidentə müraciəti edib. E.Fətullayev əldə etdiyi özəl informasiyalara və apardığı təhlillərə əsasən S.Şərifovun guya "üçqat agent” olması barədə dosyeni keçmiş KQB zabiti, hazırda ABŞ-da fəaliyyət göstərən Yuri Şvetsə ötürülməsini təşkil edən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov olduğunu yazıb. E.Mahmudovun mütəşəkkil cinayət qruplaşmasının üzvlərinin əksəriyyəti zərərsizləşdirilsə də o, hələ də azadlıqdadır və göründüyü kimi dövlətə qarşı təxribat əməllərini davam etdirir.
Hafiz Hacıyev: "Azərbaycan hökumətinin yüksək məmurları, vəzifədə oturanların hamısı elə "agent şəbəkəsi”ndə xarici dövlətlərə işləyir”
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, Eynulla Fətullayevin prezidentə etdiyi müraciəti alqışlayıram və hesab edirəm ki, bunun davamı olmalıdır:
"Ölkənin bu vəziyyəti ürəyimizi ağrıdır. Biz bu vəziyyəti təhlil edəndə görürük ki, Azərbaycan hökumətinin yüksək məmurları, vəzifədə oturanların hamısı elə "agent şəbəkəsi”ndə xarici dövlətlərə işləyir. Mən Eynulla Fətullayevin bu müraciətinə çox müsbət baxıram. Azərbaycan hakimiyyətində olanların əksəriyyətinin iç üzü açılmalıdır. Yalnız bundan sonra Azərbaycanda nisbi sabitlik daimi sabitliyə keçə bilər. Hər halda Samir Şərifovun və yaxud da bunun başında duran Eldar Mahmudovun bu gün əgər iç üzləri açılıb göstərilirsə, bu adam xarici kəşfiyyata işləyib, belə çıxır ki Azərbaycan hökumətinin hamısı xaricə işləyib.
Biz bu vəziyyətdə nə Dağlıq Qarabağ məsələsin həll edə bilərik, nə ölkənin stabilliyini təmin edə bilərik, nə də ölkənin gələcəyi haqqında nikbin proqnoz verə bilmərik. Hər halda bütün məsələlərdə dövlət başçısı öz fikrini bildirməlidir. Yəni fikrin bildirməlidir ki, bu məsələ həqiqətdir ya yalandır. Sadəcə olaraq görünür hakimiyyətdə olan müəyyən insanların bir-birinə arxa durması hələ çox məsələlərin üzə çıxmasına imkan verməyəcək. Bu baxımdan Samir Şərifovun da öz ətrafı, öz dostları var. O, Azərbaycan Beynəlxalq Bankının milyardların öz nazir dostlarına payladı.
Hafiz Hacıyev: "Bildiyimiz kimi baş nazirin müavinlərinin əksəriyyətinə Putin orden verir. Soruşmaq lazımdır ki, Putin hansı xidmətlərinə görə bunları ordenlə təltiv edir?”
Bildiyimiz kimi Cahangir Hacıyev də Samir Şərifov barədə istintaq orqanlarında çox ciddi ifadələr verib. Bu məsələ bizə bəllidir. Amma nə etmək olar ki, hərəsinin bir dayısı var. O cümlədən Eldar Mahmudov Azərbaycanı dünya dövlətləri arasında bu qədər gözdən saldı. Buna baxmaraq Eldar Mahmudov hələ azadlıqdadır və məndə olan məlumatlara görə, bu məsələlərin üstünün açılmasında ondan istifadə edirlər. Müəyyən qruplaşmalar var və biz bu qruplaşmaların hamısın çox yaxşı bilirik. Amma biz də cəsarət edib bu qruplaşmaları aça bilmirik. Müəyyən zaman var, o zamanda hər məsələnin üstü açılacaq.
Mən Eynulla Fətullayevə uğurlar arzu edirəm. O cəsarətli jurnalistdir. Həqiqəti dediyinə görə mən ona hörmət edirəm. Amma o da özünü qorumalıdır. Çünki bu siyasi mafiyadır. Siyasi mafiyanın içərisində baş çıxarmaq, onlarla axıra qədər mübarizə aparmaq bir az çətin məsələdir. Biz təəssüf hissi keçirdirik çünki, bizim bildiklərimiz də var, amma deyə bilmirik. Bildiyimiz kimi baş nazirin müavinlərinin əksəriyyətinə Putin orden verir. Soruşmaq lazımdır ki, Putin hansı xidmətlərinə görə bunları ordenlə təltif edir? Görünür bunların hamısı Rusiyaya işlədiyinə görə verirlər. Nəticə olaraq da gələcəkdə Rusiya Azərbaycanı işğal etmək arzusuna düşsə bu işin çox asanlıqla olacağına işarədir. Hər halda bunların hamısı düşünməli məsələlərdir.
Mən əminəm ki, ölkə baxçısı yaxın günlərdə bütün bu məsələlərə qəti mövqeyini ortaya qoyacaq. Əgər bu mövqe olmasa Azərbaycan hakimiyyətində xarici kəşfiyyata işləyənlərin iç üzü bir-bir açılacaqdır. Xarici kəşfiyyata işləyən, agentura şəbəkəsindən, hakimiyyətdən heç bir irəliləyiş gözləmək olmaz. Bu gün Azərbaycan xalqını bu bəlaya salıblar, devalvasiya baş alıb gedir, manatın qiyməti günü-gündən ölür, bazarda isə qiymətlər fantastik şəkildə qalxır. Mən bütün bu olanlara görə Eynulla Fətullayevin prezidentə etdiyi müraciəti alqışlayıram və hesab edirəm ki, bunun davamı olmalıdır. Artıq analitik təhlillər, yazılar, kimin bildiyi varsa hamısı ortaya çıxarılmalıdır.
Mən Samir Şərifovla bağlı kompramatların Eldar Mahmudov tərəfindən Şvetsə göndərilməsi versiyasına inanıram. Çünki Eldar Mahmudovla hakimiyyətin daxilində olan bəzi məmurların çox sıx münasibətləri var. O məmurlara görə də hələlik Eldar Mahmudovun həbs edilməsi mümkün deyil. Bu baxımdan Eldar Mahmudovun əli ilə Samir Şərifovun vurulması inandırıcıdır. Biz də çox məsələləri bilirik. Məsələn nəyə görə Eldar Mahmudovu dili ilə Samir Şərifovun vurulması prosesi başlayıb? Bu prosesi məndən yaxşı bilən yoxdu, ammamənbu barədə çox da açıqlama verməyəcəm. Ona görə açmayacam ki, mənə olan təzyiqlər, basqılar çoxdur.
Hafiz Hacıyev: "Mən əminəm ki, ölkə başçısı yaxın günlərdə bütün bu məsələlərə qəti mövqeyini ortaya qoyacaq”
Eldar Mahmudovun əli ilə Samir Şərifovun vurulması, Eldar Mahmudovun əli ilə guya prezidentə müəyyən anti-kompramatların xarici dövlətlərə ötürülməsinin hamısı prezidentə qarşı olan təzyiqdir. Ona görə də Eldar Mahmudov nə qədər ki, həbs olunmayıb, nə qədər onun əlindən telefon alınmayıb, nə qədər onun ətrafında olan məmurların (yəni guya Eldar Mahmudov prezident olacaqdır , kimlər olacaqdı baş nazir və s) siyahısı ortaya çıxmayıb Azərbaycanda hər həftə, hər ay yeni bir sensasiyalı, dövlətçiliyə zərbə vuran xəbərlər eşidəcəyik. Bu real bir haldır və bu reallığı da inkar etmək olmaz. Biz bunun hamısın bilirik, amma çox təəssüf ki, prezidentə çatdıra bilmirik. Çünki imkan vermirlər. Şəxsən mən iki dəfə prezidentə müraciət etmişəm ki, bu məsələlərin üstü açılsın. Prezident məni qəbul etsəydi mən detallarla deyərdim Samir Şərifova kimlər və niyə zərbə vururlar”.