"Status-kvonu saxlamaqda çətin anlar yaşayırıq" - Partiya sədri

img

15-03-2016 [21:15]


Türkiyədəki terror olayından sonra bir sıra dövlətlərin susduğu bir məqamda İlham Əliyevin Ankara səfəri prezidentin Türkiyəyə qarşı göstərdiyi münasibətin nəticəsidir. İlham Əliyev daxildə olduğu kimi xaricdə də cəsarətli siyasət yeridir. O, dünyada sözün deyən lider olduğunu bir daha nümayiş etdirdi.”

Bu sözləri Moderator.az-a açıqlama verən Müasir Müsavat sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə, Azərbaycan da hazırda mənəvi terrorla üz-üzə qalıb:

Bu gün ölkəmizdə olan bir sıra məmurlar prezidentin heç bir tapşırığını yerinə yetirmir. Manat get-gedə ucuzlaşır. Biz nəinki qabağa gedirik, hətta çox pis durumda olan status-kvonu saxlamaqda çətin anlar yaşayırıq. Gedin baxın rayonlara görün hansısa yeni iş yeri açılıbmı? Yaxud da Bakının özündə vəziyyət çox acınacaqlıdır. İş yerləri durmadan qapadılır. Prezident isə bunun əksinə göstəriş verib. Büdcədən icra hakimiyyətlərinə külli miqdarda pul ayırır ki, onlar öz rayonlarında infrastruktur qursun, iş yerlərinə zəmin yaratsınlar. Amma görürük ki, bu məmurlar ölkənin ən çətin durumunda belə xalqa gün ağlamaq istəmirlər. Onlar bunu bilərəkdən edirlər ki, xalq prezidentə qarşı qalxsın. Məmurlar bu gün eyşi- işrətlərindən qalmırlar, amma partiya və mətbuata ayırdıqları pulu kəsiblər. Bu çox pis haldır. Dövlətçiliyin uğrunda mübarizə aparan partiya və mətbu orqanlar maliyyə sıxıntısı ilə üzləşib. Aynur Camalqızına məxsus qəzet bağlandı. Məgər o qəzeti saxlamaq belə çətin iş idi? Göründüyü kimi piylənmiş məmurlar prezidentə qarşı növbəti xəyanətin əsasını qoymaq qərarına gəliblər. Onlar Dövlətçiliyi müdafiə edən partiya və mətbuat qurumlarını çökdürmək istəyirlər. Nə olur olsun, mən və partiyamız daima prezidentin yanına olacağıq və xalqımızı da bu birliyə səsləyirəm.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA