Ziya Məmmədovun işində nöqsan yoxdur – Elton Məmmədov

img

15-03-2016 [15:02]


"Hazırda işləyirəm. Azərbaycan Texniki Universitetdə labaratoriya müdiri olaraq elmi layihələrimlə məşğulam. Başqa fəaliyyətim dövlətimə, xalqıma xidmət etməkdir". Bu sözləri sabiq deputat, Ziya Məmmədovun qardaşı Elton Məmmədov unikal.org saytına müsahibəsində səsləndirib. 

Keçmiş deputat deyib ki, qanunvericiliklə qadağan olunmayan bütün işlərlə məşğulam: "Xalqıma, dövlətimə xidmət edirəm. Dövlət rəhbərimə sədaqətliyəm. Pedoqoji, elimi fəaliyyətimi davam etdirirəm. Bir daha qeyd etmək istəyirəm ki, qanun nəyə icazə verirsə o işlərlə məşğulam.Biznes fəaliyyətimə gəldikdə isə, mənim biznesim yoxdur. Dolların qalxmasının mənə aidiyyati yoxdur. Hər bir insana yaşadığı mühitdə nə baş verirsə ona təsir qüvvəsi var. Devalvasiyanın sizə də, mənə də təsiri var. sizdə əmək haqqı alırsız, mən də. Düzdürmü? Siz o əmək haqqı ilə Avropaya gedirsinizsə pulunuzu avroya çevirəndə təbii ki, təsiri olur. Mən də bu dövlətin vətəndaşıyam. Yəqin ki, mən də bu əmək haqqımla imkan olub bir yerə getmək istəyəndə onu həmin dövlətin valyutasına çevirəndə təbii ki, təsiri var".

Yaxın vaxtlarda vəzifəyə gedib-getməyəcəyinə gəlincə, E.Məmmədov "Mənim vəzifəyə getməyimdən xəbərim yoxdur. Əgər belə bir hal olarsa bunu səlahiyyət sahibi bilər. Onu nə siz, nə də ki, mən bilərəm. Mənim bundan xəbərim yoxdur. Belə bir məsəl var. Deyir qız evində toy gedir, oğlan evinin xəbəri yoxdur". -deyib.

E.Məmmədov Ziya Məmmədovun rəhbərlik etdiyi qurumda səlahiyyətlərinin azaldılması ilə bağlı da fikirlərini bildirib: "Qətiyyən belə bir hal ola bilməz. Yenə deyirəm ki, heç bir qohum hansısa vəzifəli şəxsin səlahiyyətinin azalmasında günahkar ola bilməz. Səlahiyyəti verən ölkə rəhbəridir, bizim qanunlarımızdır. Dövlətin idarə olunması, bu sistemin təkminləşməsi də müstəsna səlahiyyət sahibi olan ölkə rəhbərinin göstərişi ilə ola bilər. Ziya Məmmədovun kifayyət qədər dövlətinə, xalqına xidmət edən əqidəli, yüksək təfəkkürlü, qohum-əqrabası var. Ona görə, heç vaxt Ziya Məmmədovun nəslində dövlətçilik prinsiplərinə zidd hərəkət edən və yaxud buna xələl gətirə biləcək insanlar olmayıb, ola da bilməz. Bunlar yanlış bir məlumatdır. Ziya Məmmədovun heç bir səlahiyyətlərində, səlahiyyətlərinin icra olunmasında nöqsan olmayıb və ola da bilməz. O nöqsanları bu gün Ziya Məmmədovun ayağına yazmaq düzgün deyil. Bütün sahələrdə problemlər var və bunun həlli ilə məşğul olan rəhbər var. Mövcud infrastrukturdakı problemlərin texniki təchizatla bağlılığı hansısa insanın fərdi yanaşmasından aslı deyil. Bunların hamısının arxasında böyük maliyyə mənbələri durmalıdır. Bu cür olan halda icraya yönəldilir və icra olunur. Kiminsə bunları nöqsan kimi göstərməsi hesab edirəm ki, düzgün yanaşma deyil. Ona görə o sahədə kifayyət qədər işlər görülübdür. Bu gün Azərbaycanın şimalına, şərqinə, qərbinə harasına getsən, ölkə rəhbərinin dəsti xətti görünür. Bu gün yol-nəqliyyat infrastrukturunun bərpa olunması, yenidən layihələrin işlənməsi ölkə rəhbərinin siyasəti əsasında həyata keçirilir. Kifayət qədər respubilkada yol-infrastrukturu sahəsində uğurlu layihələr həyata keçirilib. Ziya Məmmədov da komandası ilə bu işərin öhdəsindən layiqincə gəlib".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA