Media quruluzları və jurnalist təzkilatlarının layihələrinin maliyyələzdirilməsi ilə bağlı müsabiqənin nəticələri sabah elan olunacaq

img

17-03-2010 [02:01]


Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu media quruluşları və jurnalist təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin nəticələrini martın 18-də açıqlayacaq. Fondun icraçı direktoru Vüqar Səfərli ?Media forum?a açıqlamasında deyib ki, nəticələr ?Kivdf.gov.az? saytında yerləşdiriləcək. Müsabiqə 2010-cu il yanvarın 19-da elan edilib və altı istiqamət üzrə müəyyənləşdirilib - Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi; Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni terrorizmi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması; İnformasiya və kommunikasiya texnologiyalarının, müasir texniki nailiyyətlərin KİV-lərin fəaliyyətinə tətbiqi; KİV-lərin fəaliyyətinin təkmilləşdirilməsi, jurnalist peşəkarlığının və məsuliyyətinin artırılması, dövlət orqanları ilə KİV-lərin əməkdaşlığının gücləndirilməsi; Ekologiya və ətraf mühitin mühafizəsi, ekoloji maarifçilik; Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği. Layihə üçün maksimum məbləğ 15 000 (on beş min) manat müəyyən edilib. Hər istiqamət üzrə ən çox bal toplamış 5 layihə maliyyələşdiriləcək. 2010-cu ilin ilk müsabiqəsinə 47 layihə təqdim olunub. V.Səfərli 30 layihənin qalib elan olunmasının nəzərdə tutulduğunu bildirib: ?Ola bilər ki, 30 deyil, daha az layihə maliyyələşdirilsin. Çünki elə istiqamət var ki, ora cəmi 3 layihə təqdim olunub. Halbuki ən azı 5 layihə təqdim edilməli idi?.

Digər xəbərlər
SON XƏBƏRLƏR