11-03-2016 [15:17]
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov martın 7-dən 11-dək Yaponiyada səfərdə olub.
Yaponiya tərəfinin dəvəti ilə həyata keçirilən səfərin məqsədi iki ölkə arasında qarşılıqlı əlaqələrin, dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri, bu əlaqələrin daha da intensivləşməsi istiqamətində ətraflı fikir mübadiləsi aparmaq idi.
Azərbaycan Prezidentinin köməkçisinin Yaponiya Nazirlər Kabineti baş katibinin müavini, parlamentin üzvü Hiroşiqe Seko ilə görüşündə ölkəmizin malik olduğu karbohidrogen ehtiyatlarının hasilatından bacarıqla istifadə edərək son illər mühüm uğurlara imza atdığı xüsusi qeyd edilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını vurğulayan H.Seko ölkəmizin bu sahədə nail olduğu ciddi irəliləyişin Yaponiyada maraqla qarşılandığını deyib. Eyni zamanda, Azərbaycanın regionda və dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında rolunun əhəmiyyətli dərəcədə artdığını bildirib. Azərbaycan Prezidentinin köməkçisinin Yaponiyaya səfərinin əhəmiyyətini xüsusi qeyd edən H.Seko iki ölkə arasında münasibətlərin mütəmadi inkişafının məmnunluq doğurduğunu və Yaponiya tərəfinin iqtisadi əməkdaşlığı genişləndirməkdə daha maraqlı olduğunu vurğulayıb.
Yaponiyaya səfərə dəvətə görə təşəkkür edən Əli Həsənov Azərbaycan ilə bu gündoğar ölkənin ikitərəfli və beynəlxalq müstəvidə əməkdaşlığının vacibliyini vurğulayıb. Yaponiyanın Sakit okean, Azərbaycanın isə Xəzər hövzəsi və Cənubi Qafqazda əhəmiyyətli rol oynadığını, yapon şirkətlərinin ölkəmizin iqtisadiyyatına investisiya qoyuluşunu davam etdirməsinin zəruriliyini qeyd edib.
Azərbaycanın dinamik inkişafı və Prezident İlham Əliyevin yürütdüyü yeni islahat kursu haqda məlumat verən Prezidentin köməkçisi ölkəmizin həssas regionda yerləşməsinə baxmayaraq, müstəqil, fəal və sabitləşdirici xarici siyasət yürütdüyünü, dünyada nüfuzunun ilbəil artdığını diqqətə çatdırıb. Yüksək səviyyəli qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin inkişafına güclü təkan verdiyini vurğulayan Əli Həsənov Prezident İlham Əliyevin Yaponiyanın Baş naziri Şinzo Abeni Azərbaycana rəsmi səfərə dəvət məktubunu H.Sekoya təqdim edib. Yaponiya Baş nazirinin tezliklə ölkəmizə səfərinin həyata keçiriləcəyinə ümid etdiyini və bu səfərin ikitərəfli münasibətlərin inkişafına yeni impuls verəcəyinə əminliyini bildirib.
Görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan Prezidenti köməkçisinin Baş nazirin səhiyyə və idman məsələləri üzrə xüsusi müşaviri, Yaponiya Nazirlər Kabineti nəzdində Olimpiya Agentliyinin rəhbəri Takeo Hirata, xarici işlər üzrə dövlət naziri, xarici işlər nazirinin müavini Miki Yamada və Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşlərində əsasən iki ölkə arasında iqtisadi, mədəni, sosial və idman sahələrində əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb. Görüşlərdə son illər Azərbaycan ilə Yaponiya arasında rəsmi səfərlərin intensivləşdiyi xüsusi vurğulanıb. Belə səfərlərin iki dost dövlət arasında əlaqələrin inkişafına müsbət təsir etməklə yanaşı, həm də xalqlarımızın bir-birinə yaxınlaşmasında mühüm rol oynadığı qeyd olunub.
Əli Həsənovun keçirdiyi görüşlərdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə də iştirak edib.
Səfər çərçivəsində Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Yaponiyanın Kyodo News və JIJI PRESS kimi nüfuzlu agentliklərinə müsahibə verib. Müxbirlərin suallarını cavablandıran Prezidentin köməkçisi ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolu, TAP və TANAP layihələri, "Şahdəniz” yatağının ikinci fazası, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat-kommunikasiya dəhlizlərinin perspektivləri, müasir dünyada baş verən qlobal hadisələr fonunda Azərbaycanın geosiyası mövqeyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti və digər məsələlərlə bağlı sualları ətraflı cavablandırıb.
Səfərin sonunda Hiroşima və Kioto şəhərlərini ziyarət edən Prezidentin köməkçisi tarixi keçmişə malik bu yaşayış məntəqələrinin görməli yerləri ilə tanış olub. Hiroşima şəhərindəki Sülh Memorial Muzeyində və Sülh parkında olan Əli Həsənov II Dünya müharibəsi qurbanlarının xatirəsinə ehtiramını bildirib.
Bununla da Azərbaycan Prezidentinin köməkçisinin Yaponiyaya səfəri başa çatıb.
Azərtac.az
Türkiyə derbisi: "Fənərbağça" son dəqiqədə "Beşiktaş"ı devirdi
"Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki..." - Rəsmi Bakıdan Kreml sözçüsünə etiraz
Sabah gücü külək olacaq - Xəbərdarlıq
Silinməmş vəsaitlər... - "Bakıkart" NFC funksiyası olan bank kartlarından istifadə edən şəxslərə müraciət edib
Sulutəpə - Hökməli yolunda subasma: tədbir görüldü - VİDEOLAR
Badamdar yamacında sürüşmə: nəqliyyatın hərəkəti dayandırılıb - Kəmaləddin Heydərov əraziyə gəlib (VİDEO)
Bu gün 49 mindən çox şagird buraxılış imtahanı verdi - 4 nəfər zaldan qovuldu (YENİLƏNİB)
Sabah yağış yağacaq
Şəmkirdə 16 yaşlı uşaq dəhşət saçdı - 19 yaşlı gənc öldürüldü
Keşlədə bəzi əraziləri su basıb - VİDEO
Xocalı soyqırımının təşəbbüskarlarından biri öldü
Məmur olmaq istəyənlər üçün imtahan keçirilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI