140 nəfərin adı əfv siyahısında - RƏSMİ

img

11-03-2016 [11:33]


Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının qəbul etdiyi tövsiyə xarakterli qərarlar dövlət başçısı İlham Əliyevə göndərilib.

Bu barədə Komissiyadan məlumat verilib.

"Bütövlükdə, Əfv Məsələləri Komissiyasının iclaslarında 400 müraciətə baxılıb. Tövsiyə xarakterli qərarlar siyahısı Azərbaycan Prezidentinə təqdim olunub. Dövlət başçısına təqdim edilən siyahıda 140 nəfərə yaxın məhbusun adı var", – Komissiyadan bildirilib(Report).

Qeyd edək ki, Novruz bayramı ərəfəsində prezident İlham Əliyevin növbəti əfv fərmanı imzalayacağı gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA