Nazirlər Kabineti hesabat verəcək – Milli Məclisin gündəliyi açıqlandı

img

11-03-2016 [10:59]


Milli Məclisin martın 15-də keçiriləcək plenar iclasının gündəliyi təsdiqlənib.

Milli Məclisdən bildirilib ki, iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək.

İclasda həmçinin, "Lisenziyalar və icazələr haqqında” qanun layihəsi 3-cü oxunuşda, "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanun layihəsi 2-ci oxunuşda müzakirəyə çıxarılacaq. 

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA