"Sərkisyan Putini inandırmağa çalışır ki,..." - Ekspert

img

10-03-2016 [15:30]


"Rusiya ilə gərginləşən münasibətlər Türkiyə ilə Ukraynanı bir-birinə daha çox yaxınlaşdırıb. Halbuki, iki il öncəsinə qədər hər iki ölkə Rusiyanın ən yaxın tərəfdaşları idilər. Moskva hər iki dövlətlə dostluğu ucuz xərclədi".

Mia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan ukraynalı həmkarı Pyotr Poroşenko ilə birgə keçirdiyi mətbuat konfransında bir müddət öncə söylədiyi fikri təkrarladı: "Rusiya hakimiyyəti deyir ki, bizim hərbçiləri Suriyaya bu ölkənin legitim prezidenti dəvət edib, bəs onda Ukryanyaya Sizi kim dəvət etmişdi?" Haqlı sualdır.

Ərdoğan Ankarada Poroşenko ilə fikir mübadiləsi aparır, NATO-nin ekspert qrupu Bakıda görüşlər keçirir, hərbçilərimiz qarşısında mühazirələr oxuyurlar, üstəgəl Türkiyə və Azərbaycan hərbi hava qüvvələrinin birgə təlimləri davam edir, ayrıca Bakıdakı Qlobal Foruma Rusiya siyasətçilərindən başqa dünyanın adlı-sanlı fiqurları qatılıblar, bu anda Moskvada olan Ermənistan prezidenti Serj Sərkisyan isə Kreml sahibi Vladimir Putini inandırmağa çalışır ki, Azərbaycan-Türkiyə ittifaqı Rusiya-Ermənistan birliyinə qarşı yönəlib. Bu səfər trayektoriyaları, görüşlər, forumlar və birgə təlimlər kimin hansı istiqaməti seçdiyini aydın göstərir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA