"Prezident xalqa xidmət etməyən məmurları vəzifəsindən azad edir" - Partiya sədi

img

08-03-2016 [12:46]


Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski növbəti dəfə qardaş Türkiyənin əleyhinə hədyanlar yağdırıb. O, bildirib ki, Türkiyənin əraziləri bombardman olunmalıdır.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev moderator-a açıqlamasında Jirinovskinin bu bəyanatına çox sərt formada reaksiya verib:

"Biz partiya olaraq Jirinovskinin kimliyini araşdırmışıq. Bu adam türk düşmənidir. Buna səbəb isə onun atalarının türklər olmasıdır. O bir neçə türkdən əmələ gəlmiş nakişidir. Bu ilk deyil, Jirinovski dəfələrlə həm Azərbaycan, həm də Türkiyənin əleyhinə bəyanatları ilə yadda qalıb. Biz partiya olaraq Jirinovskinin partiyasına etirazımızı bildirmişik, partiyamızın Moskva bürosu bu yöndə işlər görüb. Amma təəssüflər olsun ki, Rusiyadakı Azərbaycan diasporası öz işi ilə məşğul olmur. Bu gün ölkəmizdəki 5-ci kolon nümayəndələri gedib Rusiyanın qucağında oturub prezidentə xəyanət edirlər. Bu çox pis haldır. Azərbaycanla Türkiyə qardaşdı, prezidentimiz də bunu hər dəfə vurğulayır. 5-ci kolon bizim Türkiyə ilə birliyimizi istəmir. Amma onların bu niyyəti baş tutmayacaq. Mənim qardaşım İlham Əliyev göründüyü kimi 5-ci kolon üzvlərini, xalqa xidmət etməyən məmurları vəzifəsindən azad edir. Bundan sonra da azad etməyə davam edəcək.”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA