Söz Azadlığını Müdafiə Fondu ?Media kataloq?u çap edib

img

16-03-2010 [01:51]


Söz Azadlığını Müdafiə Fondu (SAMF) icrasına başladığı ?Ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin yeni və nəfis tərtibatlı kataloqunun kitab şəklində çapı? layihəsinin reallaşdırılması prosesini başa çatdırıb. SAMF-dən MİA-ya verilən məlumata görə, üç dildə - Azərbaycan, rus və ingilis dillərində çap olunan media-kataloqa ictimai həyatda tanınan, ictimai fikrə müəyyən mənada təsir imkanı olan qəzetlərin, jurnalların, elektron və internet-medianın, eləcə də tanınmış jurnalist təşkilatlarının yaranma tarixi, sabiq və indiki rəhbərliyi, strukturu barədə informasiyalar daxildir. Media-kataloqun ön sözünün müəllifi şair, SAMF sədri Musa Yaqub, redaktoru təşkilatın icraçı direktoru Vüqar Tofiqlidir. Kitab ?Apostrof? Çap Evinin mətbəəsində çap olunub. SAMF-dan onu da bildiriblər ki, ?Azərbaycan media-kataloqu? adlanan kitab KİV-ə pulsuz paylanılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR