Tanınmız jurnalist ibrahim Bayandurlu vəfat edib

img

16-03-2010 [12:41]


Tanınmış jurnalist, Qarabağ müharibəsi əlili İbrahim Bayandurlu martın 16-na keçən gecə vəfat edib. O, çoxdan idi Qarabağ döyüşlərində aldığı qəlpə yarasından əziyyət çəkirdi. 1973-cü il təvəllüdlü İbrahim Bayandurlu Ağdamda anadan olub. O, Qarabağ savaşında könüllülər dəstəsinin tərkibində döyüşüb. 1992-ci il 29 apreldə Şuşada gedən döyüşlərdə üz nahiyəsindən güllə yarası alıb. İ.Bayandurlu ?Monitor? jurnalı, ?İnternews-Azərbaycan? şirkəti ilə əməkdaşlıq edib. Son günlərə qədər ?Zerkalo? qəzeti və ?Azadlıq? radiosunun əməkdaşı olub. Evli idi, bir qızı var. [b]Allah rəhmət eləsin![/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR