İlham Əliyev Dmitri Roqozinlə görüşəcək

img

03-03-2016 [10:36]


Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Baş nazirinin müavini Dmitri Roqozinlə görüşü keçiriləcək.

Mia.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlığın tənzimlənməsi məsələsi müzakirə olunacaq.

Dmitri Roqozinlə yanaşı "Rosoboroneksport” və Hərbi-texniki əməkdaşlıq federal xidmətinin nümayəndəsi də Bakıya gəlib.

Məlumata görə, Dmitri Roqozinin ölkəmizə səfəri xüsusi xarakter daşıyır və öncədən planlaşdırılmayıb. Görüş əsnasında Azərbaycanla Rusiya arasında illər öncə imzalanan silah müqavilələrinin həyata keçirilməsi məsələsi gündəmdə olacaq. Eyni zamanda görüşdə Rusiyanın Ermənistana 200 milyon dollar dəyərində silah krediti ayırması məsələsinin də müzakirə olunacağı istisna olunmur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA