02-03-2016 [21:59]
...1992 - ci il oktyabrın 7 - si... Ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş "Böyük ömrün anları" sənədli filmində əksini tapmış kadrlara baxdıqca həmin günü xatırlayıram...
Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev bizi həyətdə, pilləkənlərin üstündə salamlayır. Qrupun rəhbəri kimi, jurnalistləri bir - bir ona təqdim edirəm: Dağbəyi İsmayılov, Hidayət Elvüsal, İmamverdi İsmayılov, Mahir Süleymanov, İsmayıl Ömərov, Vahid Əzizov, Qulu Məhərrəmli, Rövşən Əliyev, Şəmsi Vəfadar,Telman Fərəcov, Emin Eminbəyli...
Yusif Kərimovun, Əhməd İsayevin adlarını çəkməyə hazırlaşanda Heydər Əliyev gülümsünərək deyir:
- Yusifi Yazıçılar İttifaqının qurultayındakı çıxışından, Əhmədi isə "Kommunist"in müxbiri kimi, bölgələrə səfərlərimdən tanıyıram.
Sonra üzünü Araz Qurbanova tutur:
- Sən də mənə çox tanış gəlirsən...
Araz Ümummilli liderin səmimiyyətinə səmimiyyətlə cavab verir:
- Yəqin boyum çox uzun olduğuna görə yadnızda qalmışam...
- Səni də Moskvadakı görüşümüzdən xatırlayıram.
Heydər Əliyevin bu sözlərindən qürur hissi keçirirəm.
- Bəs qorxmadın, Naxçıvana gəldin, özü də tək gəlməmisən, gör nə qədər jurnalist gətirmisən. Bilirəm, Bakıda Naxçıvana gələnləri təqib edirlər, incidirlər, işdən çıxarırlar...
...Söhbətimizi Heydər Əliyevin iş otağında davam etdiririk. Stolun üstündə lampa yanır. Bu böyük insanın mehriban, eyni zamanda zəhmli çöhrəsi lampa işığında da möhtəşəm görünür...
Tez - tez söhbətimiz yarımçıq qalır. Heydər Əliyev Süleyman Dəmirəllə, İran prezidenti Rəfsancani ilə danışır, sonra yenə üzünü bizə tutur:
- Bax, görürsünüz, Bakıdakı vəziyyət haqqında məlumatı xarici ölkə rəhbərlərindən alıram. Bakıdan heç telefonuma da cavab vermirlər...Bakıdan qəzet - jurnal da almırıq, Naxçıvana ara - bir "Səhər" qəzeti gəlir, vəssalam. Başqa qəzetlər Naxçıvanda baş verən hadisələri işıqlandırmırlar. Hətta göndərdiyimiz rəsmi materiallar da dərc olunmur... Camaat İranla Türkiyənin ümidinə qalıb, bunlar da Bakıda kreslo davası eləyirlər. Gündə Ermənistan prezidenti Levon Ter - Petrosyanla üç - dörd dəfə əlaqə saxlayıram. Mən burada vəziyyəti qaydaya salmağa çalışıram, onlar Bakıda ağılsız hərəkətlər edirlər. Naxçıvanda hər gün neçə igid övladımız şəhid olur. Nə vaxtadək analarımız, bacılarımız göz yaşı tökəcəklər?..
...Söhbət "Pravda" qəzetindən düşür. Mən deyirəm ki, görüşdə iştirak edən Telman Fərəcov həmin qəzetin təmsilçisidir.
Heydər Əliyev üzünü Telmana tutur:
- Mən "Pravda" qəzetinə nifrət edirəm! Düzdür, əvvəllər o qəzeti sevmışəm, amma indi nifrət edirəm!..
Heydər Əliyev bu "nifrət edirəm" ifadəsini elə qəribə intonasiya ilə işlətdi ki, Teman Fərəcov qıpqırmızı qızardı. Bu, Ümummilli liderin diqqətindən yayınmadı.
O, Telmanın könlünü almağa çalışdı:
- Dediklərim şəxsən sizə aid deyil, təmsil etdiyiniz qəzetə və rəhbərlərinizə aiddir, bunu onlara çatdırarsınız..."Pravda" mənimlə bağlı qarayaxma kampaniyası aparıb, çox böyük ədalətsizlik edib...
Biz Naxçıvana Heydər Əliyevə sual verməyə getmişdik, amma sualları o bizə verirdi...
Dörd saatın necə gəlib - keçdiyini hiss eləmədik. Bu böyük insandan ayrılmaq da istəmirdik...
Heydər Əliyev dəstəyi qaldırıb kiməsə zəng elədi:
- Şəmsəddin, salam, sən bir mənə de görüm, cəmi ikicə saatlığa Naxçıvanın işıqlarını yandıra bilərsən? Bir qrup jurnalist bizə qonaq gəlib. "Təbriz" mehmanxanasında gecələyib səhər tezdən Türkiyəyə yola düşəcəklər. Sonra, sən belə elə, jurnalist adamdılar, tapşır ki, sərhəddi keçəndə onlardan rüsum almasınlar...
Məlum oldu ki, Heydər Əliyev Naxçıvan Respublikasının baş naziri Şəmsəddin Xanbabayevlə danışır. Heydər Əliyev iki saatlığa işıqların yandırılmasını tapşırmışdı, Şəmsəddin müəllim elə şərait yaratdı ki, işıqlar dörd saat yandı. Biz sərhəddi keçənədək Heydər Əliyevin qayğısını hiss etdik...
Məzahir Süleymanzadə,
tanınmış publisist-jurnalist
Moderator.az
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr
İstefaya göndərilən Amerikalı general Trampa “ilişdi”: “Ordunun başında xarakerli lider olmalıdır”
İran PA Trampın tələbini lağa qoydu: “Təzminat ödə, sonra…”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə derbisi: "Fənərbağça" son dəqiqədə "Beşiktaş"ı devirdi
"Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki..." - Rəsmi Bakıdan Kreml sözçüsünə etiraz
Sabah gücü külək olacaq - Xəbərdarlıq
Silinməmş vəsaitlər... - "Bakıkart" NFC funksiyası olan bank kartlarından istifadə edən şəxslərə müraciət edib
Sulutəpə - Hökməli yolunda subasma: tədbir görüldü - VİDEOLAR
Badamdar yamacında sürüşmə: nəqliyyatın hərəkəti dayandırılıb - Kəmaləddin Heydərov əraziyə gəlib (VİDEO)
Bu gün 49 mindən çox şagird buraxılış imtahanı verdi - 4 nəfər zaldan qovuldu (YENİLƏNİB)
Sabah yağış yağacaq
Şəmkirdə 16 yaşlı uşaq dəhşət saçdı - 19 yaşlı gənc öldürüldü
Keşlədə bəzi əraziləri su basıb - VİDEO
Xocalı soyqırımının təşəbbüskarlarından biri öldü
Məmur olmaq istəyənlər üçün imtahan keçirilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi