AŞPA prezidenti “REAL”ın sədri ilə görüşdü – Həbsxanada

img

01-03-2016 [18:23]


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt Bakıya səfəri çərçivəsində həbsdə olan "REAL” hərəkatının sədri İlqar Məmmədovla görüşüb.

 

Bu barədə AŞPA prezidentinin rəsmi twitter səhifəsində məlumat yer alıb(Report).

 

Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə apellyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov və T.Yaqublu kassasiya şikayəti veriblər. Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib. O, həbs cəzasını 2 saylı cəzaçəkmə müəssisəsində çəkir.

 

Xatırladaq ki, AŞPA prezidentinin Bakıya səfəri martın 1-də başlayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA