Türk iş adamı Azərbaycandan sığınacaq istədi – İlginc olay

img

01-03-2016 [11:15]


Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı Kocakaya Ramazan Ramazan oğlu ölkəsinə ekstradisiya olunmaqdan imtina edib.

 

Mia.az "Report"a istinadən xəbər verir ki, o, Azərbaycandan sığınacaq istəyib.

 

Belə ki, R.Kocakaya sığınacaq almaq üçün Azərbaycan Dövlət Miqrasiya Xidmətinə müraciət edib.

 

Qeyd edək ki, Türkiyədə silahdaşıma və qaçaqmalçılıqda ittiham olunan Ramazan Kocakaya beynəlxalq axtarışa verilib. O, 2015-ci ildə Azərbaycanda həbs edilib. Türkiyə Respublikası həmin şəxsin ekstradisiya olunması üçün Azərbaycan Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinə müraciət edib. Bakı Ağır Cinayətlər Məhkəməsi Ramazan Kocakayanın ekstradisiya olunması barədə hökm çıxarıb. Lakin o, apellyasiya şikayəti verib. Hazırda Bakı Apellyasiya Məhkəməsi icraatı dayandırıb. Buna səbəb Ramazan Kocakayanın Dövlət Miqrasiya Xidmətinə sığınıacaq üçün müraciət etməsi səbəb olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA