Gənc rəssam Quluzadə Nərminin izlərindən ibarət rəsm sərgisi keçiriləcək

img

15-03-2010 [01:12]


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası mütəmadi olaraq öz fəaliyyəti çərçivəsində gənc istedadların üzə çıxarılması, gənclərə incəsənətin müxtəlif sahələrində öz yaradıcı bilik və bacarıqlarını nümayiş və inkişaf etdirməsi, onların fəaliyyətinə və maraq dairələrinə uyğun layihələrin həyata keçirilməsi və gənclərin geniş ictimaiyyətə təqdim edilməsi istiqamətində işlər aparmaqdadır. Bu məqsədlə Milli Şura və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi 15 mart 2010 ? cu il saat 18:00 da Muzey Mərkəzinin Sərgi Qalereyasında gənc rəssam Quluzadə Nərmin Ülvi qızının işlərindən ibarət rəsm sərgisini həyata keçirəcək. Azərbaycan Dillər Universitetinin tələbəsi olan Quluzadə Nərmin 7 ildən artıqdır ki, rəssamlıqla məşğuldur. Uşaqlıq illərindən rəssamlığa böyük maraq və həvəs göstərən Nərmin 100 - ə yaxın rəsm əsərinin müəllifidir. Sərginin açılış mərasimi 15 mart 2010 ? cu il saat 18:00 da Muzey Mərkəzinin Sərgi Qalereyasında keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA