Əbülfəs Qarayev meksikalı həmkarı Rodriges Eskalono ilə görüzüb

img

15-03-2010 [01:05]


Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin ölkəmizin Meksikadakı səfirliyi ilə birgə təşkil etdiyi Azərbaycan Mədəniyyəti günləri Meksikada uğurla başa çatıb. Mədəniyyət günlərinin açılışı Mexiko şəhərinin tanınmış Milli Antropologiya Muzeyinin konsert zalında Azərbaycan incəsənət ustalarının, o cümlədən dövlət rəqs ansamblının, gənc muğam ifaçılarının, eləcə də ?Şərq ulduzları? uşaq qrupunun ifalarından ibarət təntənəli proqramla qeyd edilib. Muzeyin mərkəzi sərgi zalında isə Səttar Bəhlulzadə adına incəsənət qalereyasının fotosərgisi nümayiş etdirilib. Meksikalı sənətsevərlər gənc azərbaycanlı cazmenlər İsfar Sarabski və Emil Məmmədovun ifalarını gurultulu alqışlarla qarşılıblar. Milli qadın geyimlərindən ibarət moda sərgisi də paytaxt sakinlərində böyük təəssürat yaradıb. Azərbaycan Mədəniyyəti günləri təkcə paytaxt şəhərlə məhdudlaşmayıb. Toluka şəhərində yerləşən nüfuzlu Avtonom Universitetində Azərbaycanın mahnı və rəqs kollektivlərinin konserti təşkil edilib. Tamaşaçılar arasında Toluka meri Mariya Elena Barrera Tapiya və Universitetin rektoru Eduardo Qaska Plieqo da azərbaycanlı ifaçıları alqışlayıblar. Mədəniyyət günləri çərçivəsində Mexikonun mərkəzi kinoteatrlarından biri olan ?Cinepolis Diana?da Azərbaycan kinematoqrafiya fondundan sənədli və bədii filmlərin nümayişi keçirilib. Meksika tədbirlərində iştirak edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Meksikanın Gerrero ştatındakı həmkarı Rodriges Eskalono ilə görüş keçirərək, Azərbaycanla Meksika arasında turizm əlaqələrinin genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA