"Hökumət xalqın borc problemini həll etməlidir" - ALP-dən tələb

img

27-02-2016 [13:12]


Bu gün Azərbyacan Liberal Partiyası sədrinin və sədr müavinlərinin, ALP İcraiyyə Komitəsi sədrinin və üzvlərinin, partiyanın komissiya sədrlərinin və üzvlərinin iştirakı ilə müşavirə keçirilib. 

 Müşavirədə ölkədə mövcud olan ağır sosial-iqtisadi vəziyyət əsas müzakirə predmeti olmuşdur. Çıxış edənlər qeyd etmişlər ki, Azərbaycan hökumətinin uzaqgörməz sosial- iqtisadi siyasəti iflasa uğramış, Azərbaycan xalqını neft yataqları üzərində oturan dilənçiyə çevirib. Bu siyasətə heç bir bəhanə ilə haqq qazandırmaq olmaz. Natiqlərin fikrincə, ölkədə xarici valyutalarala kredit verilməsi Azərbaycan Konstitusiasına ziddir və buna dərhal son qoyulmalıdır. Bəzi natiqlər təklif etmişlər ki, hökumət xalqın borc probleminin həlli üçün qeyri-standart tədbirlər görməlidir. 

 Qərar qəbul edilib ki, müxtəlif məsəslərin müzakirəsi və həlli yolların tapmaq üçün partiya daxilində ümummili problemlər üzərinə "beyin hücumu” keçirilsin və belə müzakirənin ilk predmeti Azərbaycan xalqının borc bataqlığından çıxarılması yolları olsun. Bu müzakirələr haqqında yaxın zamanlarda ictimaiyyətə məlumat veriləcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA