"Azərbaycanı şantaj etməkdə davam edərlərsə,..." - Ekspert gürcülərə seçim mesaj verdi

img

26-02-2016 [23:53]


"Gürcüstan hökuməti faktiki şantaj yoluyla Azərbaycandan istədiyini qopartdı. Son xəbərə görə, Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstana əlavə olaraq 500 milyon kubmetr qaz nəql etməyə hazırdır. Üstəlik, Neft Şirkəti nəql olunan qazın qiymətini aşağı salmağa da razıdır".

Mia.az xəbər verir ki, bu sözləri "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan gürcülərin bütün istəklərini yerinə yetirib: "Yaxşı, bütün istəklərinizi yerinə yetirdik, onda Siz də zəhmət çəkib, İran qazının Ermənistan üzərindən nəqli mövzusuna son qoyun. Yox, əgər bu qədər güzəştdən sonra da Gürcüstan "İran qazının Ermənistandan üzərindən nəqlini müzakirə edirik” fikri ilə Azərbaycanı şantaj etməkdə davam edərsə, onda strateji tərəfdaşlıqda dərin çat əmələ gələcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA