Əməkdar artist Bilal Əliyev toy haqqını 130 min manata qaldırır

img

14-03-2010 [07:03]


Əməkdar artist Bilal Əliyev yaxın vaxtlarda böyük tamaşaçı kütləsi qarşısında konsert verməyi düşünür. Xarici səfərlər vaxtını daha çox aldığından xanəndə paytaxt tamaşaçıları qarşısına solo-proqramla çıxa bilmir: "İndi Heydər Əliyev Sarayında konsert vermək prestij sayılır. Buna maddi imkanım çatır. Amma yay fəslində məhz stadionda konsert vermək niyyətindəyəm. Xanəndələr də böyük kütlə qarşısında gözəl konsertlər verə bilər. İndiki dövrdə bayağı mahnılar çox səslənsə də, xalqımız öz kökünə söykənən musiqini sevir. Özümü qırağa çəkib demirəm ki, məndən başqa əjdaha yoxdur. Mən gözəl sənətkarlarımızın sırasında olan xanəndəyəm". B.Əliyev iqtisadi böhranın onun işlərimə təsiri etmədiyini də vurğuladı: "Azərbaycanda toylara ən baha qiymətə gedən müğənniyəm. Amma bəzi həmkarlarımdan fərqli olaraq, aldığım məbləği nəinki aşağı endirmək, əksinə, qaldırmaq fikrim var. Xatırladım ki, toy üçün tələb etdiyim məbləğ 125 min manat idi, indi 5-10 min manat da artıracağam. Kim inanmırsa, özü bilər. Mən açıqlaya bilmərəm ki, kim mənə 100 min, kim 150 min manat ödəyib. Onsuz da qazandığım pulları xeyriyyəçiliyə, kasıblara əl tutmağa sərf edirəm. Namaz qılan olduğum üçün sırf dilənçilərə deyil, Allahın mərhəmətinə sığınanlara, dini-imanı olan kəslərə əl tuturam. Belə insanların ruzisi mənim əlimlə gəlir. Onların cibinə heç kim bilmədən 20-30 min manat qoyuram. Mən paxıl deyiləm. Allahın əmrlərinə tabe oluram. 50 yaşımda məni gənc saxlayan da elə mənəvi keyfiyyətlərimdir. Heç vaxt zahiri görkəmimə xüsusi fikir verməmişəm. Saçıma yavaş-yavaş düşən dənləri öz zəhmətimlə qazanmışam və başqalarından fərqli olaraq, onlarla fəxr edirəm". B.Əliyev bu yaxınlarda ABŞ-a, Avropaya, Ərəb ölkələrinə, İrana və Rusiyaya qastrol səfərlərinin gözlənildiyini də bildirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA