26-02-2016 [10:19]
Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 15-ci qış sessiyası keçirilir.
Mia.az xəbər verir ki, əsas müzakirə mövzusu "Miqrant və qaçqınların insan haqları” olan Demokratiya, insan haqları və humanitar məsələlər üzrə ümumi komitənin iclasında çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova Avropanı çıxılmaz vəziyyətə salan qaçqın probleminə toxunub. O qeyd edib ki, ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində Azərbaycan ATƏT regionunda böyük qaçqın axını problemi ilə üzləşən ilk ölkədir.
Azərtac xəbər verir ki, B. Muradova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyondan artıq insan evsiz qaldığını bildirib: "Ancaq biz bu humanitar fəlakətin öhdəsindən gəlməyi bacardıq. Bu gün bizdə çadır düşərgələri yoxdur, savadlılıq, qaçqınlar da daxil, yüz faizlik səviyyəsinə çatıb, beynəlxalq təşkilatlarların dəstəyi ilə "Böyük qayıdış" proqramı işlənilib və ümid edirəm ki, münaqişənin sülh yolu ilə həllindən və qaçqınlar öz yurdlarına qayıtdıqdan sonra bu proqram repatriasiya prosesinə öz töhfəsini verəcək". O, Azərbaycanın humanitar böhranların aradan qaldırılması sahəsində qazandığı təcrübəni bölüşməyə hazır olduğunu bildirib.
Azərbaycan təmsilçisi qeyd edib ki, bu gün qaçqın dalğası bütün Avropanı bürüyüb və hiss olunur ki, Yaxın Şərq və Şimali Afrika ölkələrindən öz ev-eşiyindən didərgin düşmüş qaçqınlara qarşı şəfqət və yardım etmək arzusu getdikcə daha çox nifrət və aqressiya ilə əvəz olunur. Miqrantların sayı artır və bəzən vəziyyətin idarə etmək olmur.
Bir tərəfdən Avropa tərəfindən bəyan edilmiş Avropa dəyərləri, qaçqınların sığınacaqla təmin edilməsi öhdəlikləri var. Digər tərəfdən isə miqrant və qaçqınlar Avropaya iqtisadi yük kimi gəlir və „qaçqın” adı altında "İslam dövləti” döyüşçülərin buraya gəlməsi təhlükəsi də böyüyür. Getdikcə dərinləşən qaçqın probleminin qarşısını almaq üçün çıxış yolunun mövcud münaqişələrin həlli yolunu birgə tapmaq, dünya xəritəsində yeni münaqişələrin yaranmasının qabağını almaq və günahkar insanların və ölkələrin öz cəzalandırılmasını təmin etməkdən ibarət olduğunu bildirən B. Muradova Ermənistan nümayəndə heyətinin rəhbəri Artaşes Qeqamyanın çıxışına öz münasibətini bildirərək vurğulayıb ki, Azərbaycan tərəfinin çıxışını təhrif etməklə fikirlərini ittihamlar üzərində quran Ermənistan nümayəndəsinə cavab verməkdənsə, məhz Ermənistan hökumətinin günahları üzündən çətin tale yaşayan insanların problemlərinin səsləndirilməsinə üstünlük verir.
Bundan əlavə, digər mövzular ətraflnda çıxış edən B. Muradova bildirib ki, biz müstəqil dövlət olaraq beynəlxalq təşkilatlarla, o cümlədən, vasitəçi qurumlarla münasibətlərimiiz öz müstəsna hüquqlarından istifadə edərək özümüz qururuq və onların fəaliyyətinə də münasibətimizi sərbəst şəkildə, söz azadlığı əsasında ifadə edirik.
"Biz burada yalan və dezinformasiya azadlığından yox, əsl söz azadlığından danışırıq. Həqiqətən də dezinformasiya və yalan bizim burada bəzi həmkarlarımızın dilində heç bir sərhəd tanımır. Bir daha qeyd etmək istəyirəm ki, heç bir Dağlıq Qarabağ Respublikası mövcud deyil. Azərbaycanın tarixi və ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ regionu var və 20 ildən artıq erməni işğalı altındadır. Heç kim tərəfindən tanınmamış və heç bir zaman tanınmayacaq bir qanunsuz qondarma rejimin adını çəkərək həmkarları yalnış məlumatlandırmaq olmaz.
Cənab Qeqamyan, düşünməyin ki, terrorizm və təcavüzü dövlət siyasəti səviyyəsinə qaldıran bir ölkə olaraq, törətdiyiniz əməlləri Minsk qrupunun fəaliyyətsizliyini müdafiə etmək, onların vəkili obrazında çıxış etməklə əsl mahiyyətinizi ört-basdır edəcəksiniz.
Bilirsinizmi, sizinlə mənim bir siyasətçi kimi fərqimiz nədədir? Siz əli azyaşlı günahsız uşaqların, qadınların, qocaların qanına batmış, gec-tez ədalət məhkəməsi qarşısına çıxacaq bir prezidenti dəstəkləyirsiniz. Mən isə dünyada sülh, qarşılıqlı yardım, multikultural dəyərləri, ölkəsinin iqtisadi və coğrafi imkanları bir örnək kimi təqdim edən bir Prezidenti dəstəkləyirəm. Buna görə də, sizin çıxışlarda konstruktivizm və sülhpərvərlik əvəzinə daha çox aqressiya və süni emosionallıq hiss olunur. Xahiş edirəm, öz çıxışlarınızda bir daha mənim Prezidentimin adını çəkməyin!".
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr
İstefaya göndərilən Amerikalı general Trampa “ilişdi”: “Ordunun başında xarakerli lider olmalıdır”
İran PA Trampın tələbini lağa qoydu: “Təzminat ödə, sonra…”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə derbisi: "Fənərbağça" son dəqiqədə "Beşiktaş"ı devirdi
"Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki..." - Rəsmi Bakıdan Kreml sözçüsünə etiraz
Sabah gücü külək olacaq - Xəbərdarlıq
Silinməmş vəsaitlər... - "Bakıkart" NFC funksiyası olan bank kartlarından istifadə edən şəxslərə müraciət edib
Sulutəpə - Hökməli yolunda subasma: tədbir görüldü - VİDEOLAR
Badamdar yamacında sürüşmə: nəqliyyatın hərəkəti dayandırılıb - Kəmaləddin Heydərov əraziyə gəlib (VİDEO)
Bu gün 49 mindən çox şagird buraxılış imtahanı verdi - 4 nəfər zaldan qovuldu (YENİLƏNİB)
Sabah yağış yağacaq
Şəmkirdə 16 yaşlı uşaq dəhşət saçdı - 19 yaşlı gənc öldürüldü
Keşlədə bəzi əraziləri su basıb - VİDEO
Xocalı soyqırımının təşəbbüskarlarından biri öldü
Məmur olmaq istəyənlər üçün imtahan keçirilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi