"Heç bir fəaliyyəti olmayan adamlar televiziya qabağına çıxırlar və yalan-yalan danışırlar"

img

25-02-2016 [18:10]


"Xocalı Soyqırımını törədən Rusiya İmperiyası bu gün də ərazilərimizin işğaldan azad edilməsinə imkan vermirlər”.

Bunu pia.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qeyd edib. Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biri də Xocalı Soyqırımıdır. 26 fevral- sabah xalqımız Xocalı soyqrımının 24-cü ildönümünü böyük hüznlə qeyd edəcək. Azərbaycan höküməti soyqırımı törədənlərin cəzalandırılması üçün bütün addımları atıblarmı?

Xocalı Soyqırımı ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev fikirlərini pia.az-ın əməkdaşı ilə bölüşüb.

Xocalı Soyqırımının bir dərs olduğunu vurğulayan Hafiz Hacıyevin fikrincə, torpaqlarımızı azad etmək üçün yalançı şüarlardan imtina edib, əmələ keçməliyik: "Xocalı Soyqırımında ölənlərimizə, Allah rəhmət eləsin. Xocalıların bu dərdinə şərikik. Partiya olaraq, bizdə sabah yadetmə mərasimində iştirak edəcəyik. Bununla özümüzə təskinlik verəcəyik. Xocalı Soyqırımını törədənlərə düzgün qiymət verilməsi üçün cəhdlər edilmir. Xocalı Soyqırımını dünyaya tanıtmaqda Leyla Əliyevanın xidmətləri oldu. Bilirsiniz, öz içimizdən özümüzə xəyanət olub. Həmin dövrdə bu işlərin şahidi olmuşuq. Ancaq bu gün Xocalı Soyqırımında əhalinin çıxarılmasında heç bir fəaliyyəti olmayan adamlar televiziya qabağına çıxırlar və yalan-yalan danışırlar.

Hafiz Hacıyev: "Öz içimizdən özümüzə xəyanət olub. Həmin dövrdə bu işlərin şahidi olmuşuq”.

Çox təssüflər olsun ki, Xocalı Soyqırımını törədən Rusiya İmperiyası bu gün də ərazilərimizin işğaldan azad edilməsinə imkan vermirlər. Rusiya bu siyasətindən əl çəkmir, Ermənistanı yenə də silahla təmin edir. Bu barədə Xarici İşlər nazirimiz də bəyanat vermişdi. Hər halda bu bizim üçün bir dərs olmalıdır və ayılmalıyıq. Mən istərdim ki, Xocalı vaxtında rəhbərlikdə olan insanlar məsuliyyətə cəlb olunsunlar. Xocalı Soyqırımının dünyada tanınmasına yardımçı olan insanlara minnətdar olmalıyıq və çalışmalıyıq ki, torpaqlarımızı işğaldan azad edək. Bunun üçün sözdən əmələ keçmək lazımdır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA