24-02-2016 [14:52]
Rusiya ilə Türkiyə arasında hərbi qarşıdurma ehtimalı öz ciddiliyini saxlayır. İki ölkə arasında ötən ilin 24 noyabrında "Su-24” təyyarəsinin vurulması insidenti ilə korlanan münasibətlər Suriyada atəşkəslə bağlı ümidverici xəbərlər fonunda öz kəskinliyini nisbətən azaltsa da, ekspertlər, politoloqlar təhlükənin hələ sovuşmadığı qənaətindədirlər.
Bir çox analitiklər son vaxtlar bu təhlükənin Güney Qafqaza və Azərbaycan-Rusiya münasibətlərinə və Dağlıq Qarabağ məsələsinin həll perspektivinə də neqativ inikasından tez-tez danışırlar. Çünki həm Türkiyə, həm də Rusiyanın bu münaqişənin əsas tərəflərinə - Azərbaycana və Ermənistana mühüm təsir imkanları qalır.
"Azərbaycan Rusiyanın hərbi ekspansiyası üçün növbəti hədəf ola bilər”. Musavat.com-un məlumatına görə, bu fikri istefada olan rus general-mayoru, Atlantik Şuranın prezidenti Vadim Qreçaninov "Obozrevatel” nəşrinə açıqlamasında bildirib.
Türkiyə baş naziri Əhməd Davudoğlunun "Rusiya ordusu Azərbaycana girə bilər” sözlərini şərh edən general deyib: "Bu, tamamilə mümkündür”. Bununla bağlı Qreçaninov ardınca söyləyib: "Vaxtilə Qərbi Sibirdə yeni neft yataqlarının mənimsənilməsinə kimi Azərbaycan Sovet İttifaqının neft sənayesi mərkəzi olub. O vaxt Azərbaycanda neft buruqlarını qorumaq üçün hava hücumundan müdafiə vasitələri, çoxlu sayda hərbi texnika yerləşdirilmişdi. Sibir nefti kəşf ediləndən sonra buna ehtiyac aradan qalxdı, çünki bu, bahalı məşğuliyyət idi”.
Bəs Azərbaycanı Moskvanın hədəfinə gətirən nə ola bilər? Rusiyalı general: "Azərbaycan İranla "qohumluq əlaqələrinə” malikdir. Çoxlu sayda azərbaycanlı İranda yaşayır və əksinə. Bundan əlavə, Bakı Qərblə fəal şəkildə diplomatik əlaqələri inkişaf etdirir. Bu isə Rusiyanın maraqlarına bir elə uyğun deyil. Yəqin ki, səbəbi burda axtarmaq lazımdır”.
İstefada olan generalın fikrincə, bu gün Qara dəniz hövzəsində NATO-nun üç üzvü, ona can atan üç ölkə və alyansa qarşı duran Rusiya təmsil olunub: "Beləcə, Qara dəniz Putin üçün "dəlik” rolundadır. Məsələ ondadır ki, Rumıniya və Bolqarıstan NATO-ya üzv olanadək vəziyyət paritet idi. Ancaq iki ölkə alyansa qoşulan kimi hövzədə üç NATO üzvü, can atan üç ölkə (Gürcüstan, Moldova, Ukrayna) və Rusiya oldu”.
Ekspertə görə, Türkiyə Qara dənizdə hərbi donanmasına görə ən güclü dövlət olub: "Üstəlik, boğazlar da onun nəzarətindədir. Ancaq Rusiya hazırda orada öz donanmasını gücləndirir. NATO da Rumıniya və Bolqarıstan üçün burada gəmilərinin sayını artırır. Odur ki, əgər Rusiya ilə NATO ölkələrinin Qara dənizdə qarşıdurmasından danışsaq, Rusiya, əlbəttə ki, uduzur”.
Mövzunu davam etdirən rus general daha sonra deyib: "Türkiyə və Ukraynanın əməkdaşlığı yeni məna kəsb eləməkdədir. Türkiyə Ukraynanın NATO-ya üzvlüyü ideyasının əsas ötürücüsüdür. Əgər biz qüdrətli və Rusiyaya münasibətdə kifayət qədər açıq olan bir NATO dövləti ilə (Türkiyə ilə - red.) əməkdaşlıq eləsək, məncə, bu, fayda gətirər”.
General daha bir fakta diqqət çəkib: "Bu gün Türkiyənin alyansda statusu ciddi şəkildə artıb. Bu, həm də Suriyadakı situasiya ilə bağlıdır. Üstəlik, Avropa və Asiyanın sərhədində yerləşən bu Asiya dövlətinin Qara dənizə çıxışı var. Bütün bunlar böyük əhəmiyyət daşıyır”.(Musavat.com)
İran eyni anda 4 ölkəni birdən vurdu – Müharibə daha da şiddətlənr
İstefaya göndərilən Amerikalı general Trampa “ilişdi”: “Ordunun başında xarakerli lider olmalıdır”
İran PA Trampın tələbini lağa qoydu: “Təzminat ödə, sonra…”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə derbisi: "Fənərbağça" son dəqiqədə "Beşiktaş"ı devirdi
"Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki..." - Rəsmi Bakıdan Kreml sözçüsünə etiraz
Sabah gücü külək olacaq - Xəbərdarlıq
Silinməmş vəsaitlər... - "Bakıkart" NFC funksiyası olan bank kartlarından istifadə edən şəxslərə müraciət edib
Sulutəpə - Hökməli yolunda subasma: tədbir görüldü - VİDEOLAR
Badamdar yamacında sürüşmə: nəqliyyatın hərəkəti dayandırılıb - Kəmaləddin Heydərov əraziyə gəlib (VİDEO)
Bu gün 49 mindən çox şagird buraxılış imtahanı verdi - 4 nəfər zaldan qovuldu (YENİLƏNİB)
Sabah yağış yağacaq
Şəmkirdə 16 yaşlı uşaq dəhşət saçdı - 19 yaşlı gənc öldürüldü
Keşlədə bəzi əraziləri su basıb - VİDEO
Xocalı soyqırımının təşəbbüskarlarından biri öldü
Məmur olmaq istəyənlər üçün imtahan keçirilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi