"Bu, qisasçı xislətli olduğunu sübut edir" - Qulu Məhərrəmlidən cavab

img

22-02-2016 [23:40]


AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, jurnalist Qulu Məhərrəmli AZTV sədri Arif Alışanovun onu məhkəməyə verməsinə münasibət bildirib.

Qulu Məhərrəmli "qafqazinfo”ya açıqlamasında bildirib ki, ölkədə hər kəsin məhkəməyə müraciət etmək hüququ var. Jurnalist A. Alışanovun onun tərəfindən təhqir edilməsilə bağlı yayılan iddiaya da aydınlıq gətirib:

"Bir insanın qeyri-peşəkar ve yaradıcı iş üçün yaramadığını demək təhqir deyil. Təhqirin parlaq nümunəsi Alışanovun çəkdirib yaydığı 3 saatlıq video və təşkil etdiyi ləyaqətsiz, böhtançı yazılardır. Məsələn, bu video bir rəhbər kimi onun yaramaz hərəkət etdiyini, qisasçı xislətli olduğunu sübut edir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA