Amerikada robot jurnalist istehsal olunub

img

12-03-2010 [04:08]


ABŞ-ın Illinois Əyalətindəki Northwestern Universitetinin süni zəka araşdırma laboratoriyasında vəzifə yerinə yetirən elm adamları, jurnalist robot hazırlanıb. Müstəqil İnformasiya Agentliyi ?Habertürk?ə istinadən xəbər verir ki, süni zəka mütəxəssisləri Larry Birnbaum və Kris Hammondun gənc jurnalist John Templon (27) və informasiya sistemləri mühəndisi Nick Allen (25) ilə birlikdə inkişaf etdirdiyi robot, lazımlı məlumatlar girildiyində, idman xəbəri yaza bilir. "Çox işdən qorxmayan" və "maaşından şikayətçi olmayan" "Stats Monkey" adı verilən təcrübi proqram, bu anda yalnız beyzbol xəbərlərini yaza bilir. Ancaq mütəxəssislər, oyunçuların adının və qarşılaşma nəticəsinin girilməsi halında əvvəldən qeyd edilmiş və tez-tez qarşılaşılan ifadələri istifadə edərək, imla səhvi etmədən xəbər yaza bilən robotun, qısa müddət içində futbol, basketbol və hətta birja xəbərləri hazırlaya biləcəyini ifadə edir. [b]Nüşabə Sadıqova[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR