Nigeriya Rusiya və Səudiyyə Ərəbistanına dəstək - Neft hasilatının “donduruldu"

img

21-02-2016 [20:13]


Nigeriya Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatının "dondurulması” planını dəstəkləyib. 

Musavat.com xəbər verir ki, məlumatı RNS yayıb. 

Qeyd edək ki, Rusiya, Səıudiyyə Ərəbistanı və Venesuela neft hasilatı həcmini yanvar ayının səviyyəsinə uyğun saxlamaq barədə razılığa gəliblər. 

Azərbaycan isə neft hasilatını yanvar ayındakı səviyyədə "dondurmağı” nəzərdən keçirmir. Bu barədə "Reuters"ə energetika nazirinin müavini Natiq Abbasov bildirib.
 
"Bilirik ki, Rusiya ilə OPEC arasında neftin hasilatının yanvar ayı səviyyəsində dondurulması ilə bağlı razılıq əldə olunub. Bizim belə bir planımız yoxdur”, - deyə nazir müavini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA