Nigar Köçərli Rüstəm Usubovla görüşdü

img

19-02-2016 [12:40]


"Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli Baş Prokurorun birinci müavini Rüstəm Usubovla görüşüb.

Bu barədə N.Köçərli özü məlumat verib. O, qəbula atası ilə birlikdə getdiyini və Rüstəm Usubovdan 3 məsələyə diqqət yetirilməsini istədiyini vurğulayıb: "Rüstəm Usubov bildirdi ki, Baş Prokuror Zakir Qaralovun tapşırığı ilə bu görüşə təşəbbüs göstərib, bizim şikayətimizi dinləyəndən sonra Baş Prokurora məruzə etməlidir. Rüstəm Usubov Nəsimi RPİ-də baş verən hadisə, istintaq işin bağlanması ilə bağlı şikayətimi diqqətlə və təfərrüatı ilə, eləcə də xüsusi hörmətlə, səbrlə dinlədi.

Qısa olaraq tələblərimizi üç bənddə ifadə etmişik:

1.Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev polis idarəsinin inzibati binasında etdiyi təhqirlərə görə cəzalandırılmalıdır.

2.DİN-in Mətbuat Xidmətinin yaydığı məlumatlarda "hansı səviyyəsinin yiyəsi” və digər təhqiramiz ifadələrə hüquqi qiymət verilməlidir. Bizə elə gəlir ki, nazirliyin rəsmi məlumatında işlədilən qeyri-etik ifadələr bizim vətandaş qürurumuza toxunub, bizi təhqir edib.

3.İstintaq işi ciddi nəzarətə götürülməlidir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA