Ziyafət Əsgərova yeni vəzifə verildi

img

17-02-2016 [14:25]


Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərovun Məhkəmə-Hüquq Şurasının üzvlüyünə namizədliyi irəli sürülüb.

Bu barədə Milli Məclisdən məlumat verilib.

Məlumatda qeyd olunur ki, parlamentin hazırladığı qərar layihəsində bildirilir ki, "Məhkəmə-Hüquq Şurası haqqında” qanunun 6.2.4-cü maddəsinə uyğun olaraq Milli Məclisin deputatı, Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Abbas oğlu Əsgərov Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilsin.

Layihə fevralın 23-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq(Modern.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA