170 minlik qalmaqalda Xaləddin İsgəndərovun da adı hallanır – İlginc açıqlama

img

17-02-2016 [11:34]


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yüksək vəzifəli şəxslərinin adının keçdiyi rüşvət qalmaqalında daha bir vəzifəli şəxsin adı hallanır.

AzNews.az xəbər verir ki, komitə əməkdaşlarının sahibkardan 170 min alaraq onu Binəqədi rayon icra başçısının müavini vəzifəsinə düzəltmək istədikləri məlum olub. Vəkil Adəm Məmmədovun verdiyi məlumata görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynova və sabiq Aparat rəhbəri Səfər İmanov sahibkardan 170 min dollar alaraq ona Binəqədinin başçısı Xaləddin İsgəndərova müavin vəzifəsini təklif ediblər:"Müvəkkilim deyir ki, bu təklif qarşı tərəfdən gəlib. Onlar deyiblər ki, Binəqədi ən yaxın və böyük rayondur. Səni ora düzəldəcəyik”.

Məlumat üçün bildirək ki, sözügedən rüşvət olayı 2012-ci ilin iyun ayında baş verib.

Onu da bildirək ki, Xaləddin İsgəndərov Prezident İlham Əliyevin sərəncamı ilə 2012-ci ilin 26 aprel tarixində Binəqədi rayonuna icra başçısı təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA