Deputatlara yeni maşınlar verildi - “NAZ-Lifan” yox, “Mercedes”

img

12-02-2016 [18:11]


Komitə sədri seçilən millət vəkilləri xidməti maşınlarla təmin olunub.

Milli Məclisin bir neçə deputatına yeni xidməti avtomobillər verilib. Milli Məclisdə yeni yaradılan komitələrə sədr seçilən, habelə mövcud komitələrə yeni sədr seçilən deputatlara "Mercedes - E-class"markalı xidməti avtomobillər verilib.

Məlumatda bildirilir ki, deputatlar İsa Həbibbəyli, Aqiyə Naxçıvanlı, Fuad Muradov, Siyavuş Novruzov, Rafael Hüseynov və Əhliman Əmiraslanov artıq bir neçə aydır xidməti maşınla təmin olunublar. Milli Məclisin mətbuat xidmətindən məlumatı təsdiq ediblər. Bildirilib ki, prosedura görə, parlamentin komitə sədrləri xidməti maşınla təmin olunurlar. (avtosfer.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA