Misir Mərdanovdan ittihamlara cavab - Yazılanlar böhtandır

img

12-02-2016 [11:30]


Sabiq təhsil naziri Misir Mərdanovun adı şok yeyinti qalmaqalında hallanır.

Bəzi KİV-lərdə yayılan məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovu "ələ verməsi” Misir Mərdanovun da hədəfə alınmasına gətirib çıxarıb.

Mətbuatda yazılanlarda Misir Mərdanovla Vidadi Zeynalovun birgə maliyyə maxinasiyalarının olması barədə iddialar yer alıb. Ötən illər ərzində prezident tərəfindən ümumtəhsil məktəblərinə ayrılan 30 milyon vəsaitin ortadan götürülməsində Misir Mərdanovla Vidadi Zeynalovun birgə "əməkdaşlıq” etdiyi bildirilir.

Mətbuatda haqqında yazılanlara Misir Mərdanovun özündən münasibətini öyrənib. Sabiq nazirin cavabı belə olub:

"Haqqımda yazılanlarla tanış deyiləm. Ona görə də heç bir fikir söyləmək istəmirəm. Sadəcə, onu demək istəyirəm ki, haqqımda bütün yazılanlar kimi, növbəti yazılar da böhtandır. Vəssalam!”.
Modern.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA