Azərbaycan Tələbələr Birliyi və Oskar Xaricdə Təhsil Mərkəzi birgə layihənin icrasına bazlayıblar

img

10-03-2010 [01:05]


Artıq bir neçə müddətdir ki, Azərbaycan Tələbələr Birliyi və Oskar Xaricdə Təhsil Mərkəzi birgə layihənin icrasına başlayıblar. ?The Key to Education Abroad? adlanan layihənin əsas məqsədi tələbələrin asudə vaxtlarını təhsil məsələlərinə yönəltməklə səmərəli təşkil etmək, ingilis dili müsabiqəsi təşkil etməklə gənclərin xarici dillərə marağını artırmaqdır. Layihə çərçivəsində Bakı şəhərində yerləşən 11 müxtəlif ali təhsil müəssisəsində xaricdə təhsillə bağlı seminarlar təşkil ediləcəkdir. Həmçinin, layihədə həmin universitetlərdən olan tələbələr arasında ingilis dili mü?sa?bi?qə?si?nin də təşkil edilməsi planlaşdırılır. Müsabiqədə qalib gələn tələbələr mükafatlandırılacaqlar. Qeyd edək ki, start götürən layihə bir ay müddətində icra ediləcəkdir. Oskar Xaricdə Təhsil Mərkəzi və Azərbaycan Tələbələr Birliyi tələbələri layihədə aktiv iştirak etməyə, müxtəlif xarici dillərə yiyələnməklə ölkəmizi digər dövlətlərdə layiqincə təmsil etməyə dəvət edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR