"Kadr siyasətini dəyişməlidir" - ALP-dən tələb

img

08-02-2016 [17:19]


Bu gün Əvəz Temirxanın sədrliyilə Azərbaycan Liberal Partiyası Siyasi Şurasının iclası keçirilib. 

İclasda əsas müzakirə predmeti ölkədə yaranmış sosial-iqtisadi gərginlik müzakirə predmeti olmuşdur. Çıxış edənlər geniş xalq kütlələrinin sosial vəziyyətinin son dərəcə ağır olduğunu, işsizliyin, yoxsulluğun və dilənçiliyinin kütləvi hal aldığını, sosial səbəbli cinayətkarlığın gündən-günə artdığını böyük narahatlıqla bildiriblər. Siyasi Şura üzvləri qeyd etmişlər ki, belə acınacaqlı vəziyyətin yaranmasının səbəbləri təkcə məmur və onların ailə üzvlərinin özbaşınalığında, korrupsiyada, rüşvətxorluqda, xalq və dövlətin məmurlar tərəfindən amansızcasına talanmasında deyil, həm də ölkədə demokratik siyasi şəraitin yoxluğunda, naşı sosial-iqtisadi siyaysətin yeridilməsindədir. 

ALP Siyasi Şirası üzvlərinin fikrincə, bu vəziyyətdən çıxış yolu avtoriatar sabitlikdən demokratik sabitliyə keçiddə, cəmiyyətin bütün təbəqələrinin nümayəndələrinin iştirakı ilə təcili çoxtərəfli dialoqun başlanmasında, köklü siyasi və iqtisadi islahatların aparılmasındadır. Siyasi Şurada qeyd edilmişdir ki, iqtidar cəmiyyətdə düşmənçilik abu-havasının yumşaldılmasına yol açmalı, bunun üçün dərhal bütün siyasi məhbusları, o cümlədən son zamanlar ağır sosial-iqtisadi dözməyərək, müxtəlif bölgələrdə etraz etdiklərinə görə həbs olunmuşları azad etməli, qiymət siyasətinə yenidən baxmalı, yanacağın qiymətinin azı 2 dəfə azaltmalı, xarici valyutalarda kredit götürmş şəxslərin krediti manatın köhnə kursu ilə qaytarmalarını təmin etməli, faiz dərcəsini 10 %-dən aşağı salmalı, Azərbaycan sahibkarlarına əlverişli iş mühiti yaratmalı, kadr siyasətini dəyişməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA