"Nə üçün Azərbaycanın da ərazi bütövlüyünü dəstəkləmirsiniz?" - Deputat

img

06-02-2016 [18:49]


"Avropa Birliyi ilə münasibətlərimizin sərinləməsinə baxmayaraq, Azərbaycan Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Frederik Moqerinin ölkəmizə planlaşdırılan səfərinə böyük önəm verir”.

Mia.az xəbər verir ki, bunu İsrailin tanınmış "European Jewish Press” saytına açıqlamasında ATƏT PA-nın Büro üzvü, Siyasi məsələlər komitəsinin sədr müavini, deputat Azay Quliyev deyib. 

Onun sözlərinə görə, bu səfər nəticəsində Avropa Birliyi ilə Azərbaycan arasında olan anlaşımazlıq aradan qalxacaq və əlaqələr yenidən canlanacaq: "Azərbaycan Avropa Birliyinə bu qurumla sıx əməkdaşlığa əsaslanan srateji tərəfdaşlıq təklif edib".

Dağlıq Qarabağ məsələsinə gəlincə isə, A.Quliyev vurğulayıb ki, AB rəhbərliyi Azərbaycanın beynəlxalq hüquq çərçivəsində qəbul edilən sərhədlərinin və ərazi bütövlüyünün toxunulmazlığını tanımalıdır:

"Əgər siz Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyirsinizsə, nə üçün Azərbaycanın da ərazi bütövlüyünü dəstəkləmirsiniz? Biz ümid edirik ki, bu münaqişə sülh yolu ilə həll ediləcək və işğal olunmuş ərazilər Azərbaycana qaytarılacaq".

A.Quliyev həmçinin bildirib ki, antisemitizm və islamafobiya dünyada əsas təhlükə olduğu bir vaxtda Azərbaycanın multikulturalizm modeli dünya üçün bir nümunə götürülməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA